Pakistanın cənub-qərbindəki Belucistan əyalətində hərbiləşdirilmiş Sərhəd Korpusu postuna edilən terror hücumu nəticəsində yeddi hərbçi öldürülüb.
Bizim.Media bildirir ki, bu barədə “Sinxua” xəbər agentliyi xəbər verib.
Məlumata görə, hərbçilərlə terrorçular arasında insident ötən gün axşam baş verib.
Hərbçilər terrorçuların hücumlarını dəf edə biliblər. Bundan sonra ərazi mühasirəyə alınıb və qaçan terrorçuları ələ keçirmək üçün əməliyyat başlayıb.
Bizim.Media