Avropa Şurasının (AŞ) Baş katibi Mariya Peyçinoviç-Buriç Rusiyanın qurumdan çıxmasına dair bildirişi təqdim edib.
Bizim.Media TASS-a istinadən xəbər verir ki, Rusiya Xarixi İşlər Nazirliyi AŞ üzvlüyünün dayandırılması qərarı ilə bağlı addımlarınınmüəyyən ediləcəyini açıqlayıb.
Nazirlikdən bildirilib ki, fevralın 25-də Rusiyanın Avropa Şurası orqanlarında təmsilçiliyinin dayandırılmasına qərar verilib.
Bu səbəbdən Rusiya quruma üzvlüyünün dayandırılması üçün martın 15-də Baş katibə müraciət edib.
Bizim.Media