Çin Ukraynaya qarşı müharibədə Rusiyaya kömək etsə, “nəticələr”lə üzləşəcək.
Bizim.Media “The Guardian”a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Cen Psaki bildirib.
Onun sözlərinə görə, söhbət ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə razılaşdıracağı iqtisadi sanksiyalardan gedir.
“Əgər onlar hərbi və ya digər yardım göstərsələr ki, bu, təbii ki, sanksiyalara ziddir və ya hərbi səyləri dəstəkləsələr, bunun əhəmiyyətli nəticələri olacaq” – deyə Psaki qeyd edib.
Lakin o, Ukraynaya qarşı müharibə başlayandan bəri Çinin Rusiyaya hər hansı hərbi yardım edib-etmədiyini söyləməkdən imtina edib.
Dövlət Departamentinin sözçüsü Ned Prays da jurnalistlərə açıqlama verib:
"Biz Pekinə kənarda durmayacağımızı açıq şəkildə bildirdik. Biz heç bir ölkənin Rusiyanın verdiyi itkiləri kompensasiya etməsinə icazə verməyəcəyik".
Bizim.Media