Çeçenistan lideri Ramzan Kadırovun başına mükafat qoyulub.
Bizim.Media xəbər verir ki, bu barədə keçmiş xalq deputatı və jurnalist Yevgeni Rıbçinski “Facebook” hesabında yazıb.
“Əgər Kadırov həqiqətən də Kiyevin yaxınlığındadırsa, onda Ukrayna Silahlı Qüvvələrinin hər bir döyüşçüsü onu məhv etməyi qarşısına məqsəd qoymalıdır. Mən Kadırovun başına görə Kiyev yaxınlığında ev və 40 sot torpaq söz verirəm” – deyə Rıbçinski qeyd edib.
Bizim.Media