BMT-nin Baş katibi Antonio Quterreş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığında Ukraynada böhranını nizamlanması üzrə müxtəlif təşəbbüsləri müzakirə edib. Bu barədə Baş katibin ofisinin yaydığı məlumatda bildirilir.
Bizim.Media TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Antonio Quterreş Rəcəb Tayyib Ərdoğana Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərinə görə minnətdarlığını bildirib.
Tərəflər ən başlıca məqsəd sülh olduğu üçün münaqişənin dayandırılması üzrə müxtəlif təşəbbüsləri müzakirə ediblər.
Antonio Quterreş və Rəcəb Tayyib Ərdoğan nüvə təhlükəsizliyi, habelə böhranın dünyada ərzaq və enerji təhlükəsizliyinə təsiri məsələlərindən danışıblar.
Bizim.Media