Türkmənistanda növbədənkənar prezident seçkiləri başa çatıb.
Bizim.Media "RİA Novosti"yə istinadən xəbər verir ki, yerli vaxtla saat 19:00-da seçki məntəqələri bağlanıb.
Türkmənistan Mərkəzi Seçki Komisiyası (MSK) seçicilərin 97,12 faizinin səsvermədə iştirak etdiyini açıqlayıb.
Prezidentliyə 9 nəfərin - üçü siyasi partiyalardan, altısı isə vətəndaşların təşəbbüs qruplarından namizədliyi irəli sürülüb.
Bizim.Media