Dünya
Bu gün 15:41

Rusiya, Ukrayna və ABŞ arasında danışıqlar növbəti iki həftə ərzində Əbu-Dabi və ya İsveçrədə baş tuta bilər.
Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi adı açıqlanmayan ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Görüşün dəqiq tarixi hələ müəyyən edilməyib.
Mənbə bildirib ki, bu danışıqların məqsədi dövlət liderləri səviyyəsində üçtərəfli görüş üçün zəmin hazırlamaqdır.
Kreml daha əvvəl bəyan etmişdi ki, noyabrın ilk yarısında Əbu-Dabidə hər üç ölkənin nümayəndələrinin iştirakı ilə müzakirələr planlaşdırılır.
Bizim.Media