Azərbaycanda benzinli avtomobillər tarixə qovuşur – Yeni strategiyada nələr var?

Azərbaycanda benzinli avtomobillər tarixə qovuşur – Yeni strategiyada nələr var?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası”nda 2035-ci ilədək daxili yanma mühərrikli avtomobillərin mərhələli şəkildə istismardan çıxarılması, 2060-cı ilədək isə sərnişin avtomobil parkında elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin payının 100 faizə çatdırılması nəzərdə tutulur. Bu hədəflərə nail olmaq üçün enerji doldurma məntəqələrinin sayının artırılması, ekoloji təmiz avtomobillərin istehsalı və idxalının stimullaşdırılması, eləcə də dövlət güzəştlərinin tətbiqi vacibdir.

Bizim.Media xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov “Bakupost.az”a bildirib ki, strategiyada əsas məqsəd ilk növbədə sərnişin avtomobil parkında daxili yanma mühərrikli nəqliyyat vasitələrinin ekoloji cəhətdən təmiz avtomobillərlə əvəz olunmasıdır.

Onun sözlərinə görə, bu yanaşma təkcə fərdi avtomobilləri deyil, iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən sərnişindaşımada istifadə olunan nəqliyyat vasitələrini də əhatə edir.

Strategiyaya uyğun gəlməyən avtomobillərin 2060-cı ilədək tədricən dövriyyədən çıxarılması nəzərdə tutulur.

Ekspert vurğulayıb ki, bu, daxili yanma mühərrikli avtomobillərin sabahdan istehsalının dayandırılması və ya vətəndaşların şəxsi avtomobillərinin dərhal dövriyyədən çıxarılması demək deyil. Proses uzunmüddətli perspektiv üçün nəzərdə tutulub və əsas məqsəd avtomobil parkının mərhələli şəkildə ekoloji təmiz nəqliyyat vasitələri ilə yenilənməsidir.
 

Eldəniz Cəfərovun sözlərinə görə, fərdi avtomobillərin də ekoloji təmiz nəqliyyat vasitələri ilə əvəzlənməsi üçün xeyli iş görülməlidir. İlk növbədə, enerji doldurma məntəqələrinin sayı artırılmalıdır. Bununla yanaşı, elektrik və digər alternativ enerji ilə işləyən nəqliyyat vasitələrinin istehsalı və ölkəyə idxalı üçün yenidən müəyyən güzəştlərin tətbiqinə ehtiyac var. Əgər bu keçid fərdi avtomobil istifadəçilərini də əhatə edəcəksə, həmin tədbirlərin həyata keçirilməsi vacibdir.



Ekspert xatırladıb ki, təxminən 4 il əvvəl Azərbaycanda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin ölkə daxilində istehsalını stimullaşdırmaq məqsədilə mühüm addımlar atılıb.

Belə avtomobillərin ölkəyə idxalı və satışına müəyyən güzəştlər tətbiq edilib. Onun sözlərinə görə, bu tədbirlər avtomobil parkının yenilənməsinə təkan verib və vətəndaşların ekoloji təmiz nəqliyyat vasitələrinə marağını artırıb.

Eldəniz Cəfərov qeyd edib ki, yeni strategiya bu sahədə qarşıya əlavə hədəflər qoyur. Həmin hədəflərə çatmaq üçün ekoloji təmiz avtomobillərə üstünlük verilməsini təşviq edən tədbirlər və dövlət dəstəyi yenidən gücləndirilməlidir. Bu, həm alternativ enerji ilə işləyən avtomobillərə keçidə, həm də daxili yanma mühərrikli nəqliyyat vasitələrinin mərhələli şəkildə dövriyyədən çıxarılması prosesinə dəstək verə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Zığda yaşayış binasındakı yanğın söndürüldü – YENİLƏNİB – VİDEO

Üçtərəfli görüş harada baş tutacaq?

Üçtərəfli görüş harada baş tutacaq?

Gecə yataq otağının qapısını açıq qalsa, nə baş verər?

Gecə yataq otağının qapısını açıq qalsa, nə baş verər?

Çinə ən çox borcu olan ölkələrin SİYAHISI

Çinə ən çox borcu olan ölkələrin SİYAHISI

Gəncədə ailə münaqişəsi qanla BİTDİ

Gəncədə ailə münaqişəsi qanla BİTDİ

Azərbaycanda benzinli avtomobillər tarixə qovuşur – Yeni strategiyada nələr var?

Azərbaycanda benzinli avtomobillər tarixə qovuşur – Yeni strategiyada nələr var?

Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları

Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları

Dünyanın ən güclü pasportları açıqlandı – Azərbaycan neçənci yerdədir?

Dünyanın ən güclü pasportları açıqlandı – Azərbaycan neçənci yerdədir?

Cəhənnəm Mars planetidir? – ŞOK İDDİA

Cəhənnəm Mars planetidir? – ŞOK İDDİA

Ukrayna Oryoldakı zavoda belə zərbə endirdi – ANBAAN VİDEO

Ukrayna Oryoldakı zavoda belə zərbə endirdi – ANBAAN VİDEO

Qətllə başa çatan görüşü deputatın oğlu təşkil edibmiş... – FOTOLAR

Qətllə başa çatan görüşü deputatın oğlu təşkil edibmiş... – FOTOLAR

Bu tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək

Bu tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək

108 milyardlıq İNVESTİSİYA - Azərbaycan iqtisadiyyatında yaxın 4 ildə nələr dəyişəcək?

108 milyardlıq İNVESTİSİYA - Azərbaycan iqtisadiyyatında yaxın 4 ildə nələr dəyişəcək?

Şirniyyat istəyi hansı xəstəliklərdən xəbər verir?

Şirniyyat istəyi hansı xəstəliklərdən xəbər verir?

Canni İnfantino və Arsen Venger Hövsanda – FOTO

Canni İnfantino və Arsen Venger Hövsanda – FOTO

Pişiyi xilas etmək istəyirdi, canından oldu – ANBAAN VİDEO

Pişiyi xilas etmək istəyirdi, canından oldu – ANBAAN VİDEO

Adapteri elektrik şəbəkəsində saxlamayın – Ölümcül ola bilər!

Adapteri elektrik şəbəkəsində saxlamayın – Ölümcül ola bilər!

Çexiyada etirazçılar parlament binasına hücum etdi – ANBAAN VİDEO

Çexiyada etirazçılar parlament binasına hücum etdi – ANBAAN VİDEO

Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycanda təhlükə gözlənilir?

Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycanda təhlükə gözlənilir?

Evi xoş qoxulu saxlamaq üçün sadə üsul – Cəmi bir neçə saniyə çəkir

Evi xoş qoxulu saxlamaq üçün sadə üsul – Cəmi bir neçə saniyə çəkir

Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq

Sabah gözlənilmədən pul gələ bilər: Bir BÜRCÜN varlanmaq şansı olacaq

Sabah gözlənilmədən pul gələ bilər: Bir BÜRCÜN varlanmaq şansı olacaq

Bill Qeytsdən süni intellektlə bağlı XƏBƏRDARLIQ

Bill Qeytsdən süni intellektlə bağlı XƏBƏRDARLIQ

Vazkeçilməz qadın olmağın sadə yolları

Vazkeçilməz qadın olmağın sadə yolları

End of content

No more pages to load

RADİO