108 milyardlıq İNVESTİSİYA - Azərbaycan iqtisadiyyatında yaxın 4 ildə nələr dəyişəcək?

108 milyardlıq İNVESTİSİYA - Azərbaycan iqtisadiyyatında yaxın 4 ildə nələr dəyişəcək?
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsində qeyd edilir ki, 2027-2030-cu illər ərzində Azərbaycan iqtisadiyyatına ümumilikdə 108,6 milyard manat investisiya yatırılması proqnozlaşdırılır.

Azərbaycana yaxın dörd il ərzində 108 milyard manatdan artıq investisiyanın yönəldilməsi ilə ölkənin iqtisadi potensialının genişləndirilməsi, qeyri-neft sektorunun inkişafı və yeni iş yerlərinin yaradılması üçün əhəmiyyətli imkanlar yaranacaq.

İnvestisiya iqtisadi artımın hərəkətverici qüvvəsi kimi

Qeyd edək ki, iri həcmli investisiyalar iqtisadiyyata bir neçə istiqamətdə təsir göstərir. İlk növbədə, yeni istehsal gücləri formalaşır, mövcud müəssisələr modernləşdirilir, infrastruktur yenilənir və əmək bazarında yeni imkanlar yaranır. İnvestisiya qoyuluşları yerli şirkətlərin fəaliyyət dairəsini genişləndirməklə yanaşı, xarici tərəfdaşlarla iqtisadi əməkdaşlığın dərinləşməsinə də şərait yaradır.
 

Məlumdur ki, ölkə başçısının əsas hədəfi neft-qaz sektorundan əldə olunan imkanları iqtisadiyyatın digər sahələrinin gücləndirilməsinə yönəltməkdir. Enerji sektoru ölkənin ixrac gəlirlərində və investisiya potensialında mühüm rol oynasa da, uzunmüddətli dayanıqlılıq iqtisadiyyatın müxtəlif sahələr üzrə inkişafından asılıdır.


Bu baxımdan yeni investisiyaların sənayeyə, kənd təsərrüfatına, emal müəssisələrinə, logistika xidmətlərinə, informasiya texnologiyalarına və turizmə yönəldilməsi xüsusi əhəmiyyət daşıyır. Belə layihələr yalnız ümumi daxili məhsulun artımına deyil, həm də ölkənin ixrac imkanlarının genişlənməsinə, idxaldan asılılığın müəyyən sahələrdə azalmasına və yerli istehsalın rəqabət qabiliyyətinin yüksəlməsinə xidmət edə bilər.

Qeyri-neft sektorunun inkişafı əsas prioritetdir

Azərbaycan iqtisadiyyatının gələcək dayanıqlılığı üçün əsas məsələlərdən biri qeyri-neft sektorunun daha yüksək əlavə dəyər yaratmasıdır. Bunun üçün xammalın ilkin formada satışı ilə kifayətlənməyən, onu hazır məhsula çevirən istehsal sahələrinin inkişafına ehtiyac var.

Məsələn, kənd təsərrüfatına yatırılan sərmayə yalnız məhsul istehsalı ilə məhdudlaşmamalıdır. Müasir suvarma sistemləri, soyuducu anbarlar, çeşidləmə və qablaşdırma mərkəzləri, emal müəssisələri və ixrac logistikasının inkişafı fermerlərin gəlirlərini artıra, məhsul itkilərini azalda və Azərbaycan məhsullarının xarici bazarlarda mövqeyini gücləndirə bilər.
 

Sənaye sahəsində isə əsas hədəf yüksək texnologiyalı, rəqabətqabiliyyətli və ixracyönümlü istehsalın genişləndirilməsi olmalıdır. Yerli xammalın emalı, maşınqayırma, kimya sənayesi, tikinti materialları, əczaçılıq və rəqəmsal həllər kimi sahələrə yatırılan sərmayələr iqtisadiyyatın strukturunda daha yüksək əlavə dəyər yarada bilər.


İnvestisiya proqramının uğuru məhz belə layihələrin sayının və iqtisadi çəkisinin artması ilə daha aydın görünəcək. Çünki əsas məsələ iqtisadiyyata nə qədər vəsait daxil olması deyil, həmin vəsaitin nə qədər məhsul, gəlir, ixrac və davamlı məşğulluq yaratmasıdır.

Bəs 108,6 milyard manatlıq investisiya illər üzrə necə bölünəcək?

Proqnozlaşdırılan investisiyaların illər üzrə bölgüsü aşağıdakı qaydada həyata keçiriləcək:

- 2027-ci il – 25,4 milyard manat

- 2028-ci il – 26,9 milyard manat

- 2029-cu il – 27,9 milyard manat

- 2030-cu il – 28,4 milyard manat.

İşğaldan azad edilmiş ərazilər investisiyanın strateji istiqamətidir

Qarşıdakı illərdə investisiyaların mühüm istiqamətlərindən biri işğaldan azad edilmiş ərazilərin bərpası və iqtisadi dövriyyəyə qaytarılmasıdır. Bu ərazilərdə yolların, elektrik və su təchizatı sistemlərinin, yaşayış məntəqələrinin, sosial obyektlərin və istehsal infrastrukturunun qurulması böyük maliyyə resursları tələb edir.
 

Lakin burada əsas məqsəd yalnız dağıdılmış infrastrukturu yenidən qurmaqdan ibarət deyil. Qarabağ və Şərqi Zəngəzur iqtisadi fəaliyyətin, kənd təsərrüfatının, turizmin, emal sənayesinin və logistikanın inkişaf etdiyi ərazilərə çevrilməsi əsas hədəfdir. Bunun üçün dövlət investisiyaları ilə yanaşı, özəl sektorun iştirakı da genişləndiriləcək.


Məlum olduğu kimi özəl sərmayədar üçün əsas şərt aydın iqtisadi perspektiv, əlverişli biznes mühiti, etibarlı infrastruktur və investisiyanın geri qayıtması imkanlarıdır.

Bu mənada dövlətin yaratdığı ilkin şərait sahibkarların real istehsal və xidmət layihələri ilə tamamlandıqda, həmin ərazilərdə daimi məşğulluq və iqtisadi fəallıq formalaşa bilər.

Axı, bərpa prosesinin uğuru təkcə tikilən obyektlərin sayı ilə deyil, bölgədə yaranan iş yerləri, istehsal həcmi, əhalinin yaşayış şəraiti və özəl investisiyaların davamlılığı ilə ölçülçülür.

Nəqliyyat və logistika Azərbaycanın iqtisadi imkanlarını genişləndirir

Azərbaycanın coğrafi mövqeyi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat istiqamətlərində mühüm imkanlar yaradır. Orta Dəhlizin inkişafı, liman və dəmir yolu infrastrukturunun təkmilləşdirilməsi, logistika mərkəzlərinin yaradılması və tranzit xidmətlərinin genişləndirilməsi investisiya siyasətinin mühüm istiqamətləri ola bilər.
 

Amma unutmaq olmaz ki, tranzit ölkə olmaqla kifayətlənmək iqtisadi potensialın tam reallaşdırılması demək deyil. Ona görə də hədəf daşınan yüklərdən əldə olunan gəlirlərlə yanaşı, onların emalı, saxlanması, qablaşdırılması və sonrakı bazarlara çatdırılması kimi əlavə xidmətlərdən də faydalanmaqdır.


Logistika infrastrukturu sənaye və kənd təsərrüfatı ilə uzlaşdırıldıqda daha böyük iqtisadi effekt yarada bilər. İstehsalçı məhsulunu daha aşağı xərclə bazara çıxarır, ixracatçı yeni bazarlara çıxış əldə edir, dövlət isə əlavə iqtisadi fəaliyyət və məşğulluq imkanları qazanır.

Enerji sahəsində də oxşar yanaşma vacibdir. Bərpaolunan enerji layihələri, elektrik şəbəkələrinin modernləşdirilməsi və enerji səmərəliliyinin artırılması həm daxili tələbatın ödənilməsinə, həm də gələcək sənaye və rəqəmsal infrastrukturun inkişafına dəstək verəcək.

İnvestisiyanın vətəndaşların həyatına təsiri

İstənilən iqtisadi strategiyanın son nəticəsi vətəndaşların gündəlik həyatında hiss olunmalıdır. İri investisiya rəqəmləri özlüyündə yüksək əməkhaqqı, ucuzlaşan məhsullar və ya yeni iş yerləri demək deyil. Bu nəticələr investisiyanın məhsuldarlığa, rəqabətə və real istehsala çevrilməsindən asılıdır.

Bu mənada ehtimal edilir ki, yaxın 4 ildə yeni müəssisələr fəaliyyətə başlayacaq, əmək bazarında ixtisaslı işçi qüvvəsinə tələbat artacaq, yerli şirkətlər böyüyəcək və ixrac gəlirləri genişlənəcək, investisiya iqtisadi artımın keyfiyyətinə müsbət təsir göstərəcək.

Əsas hədəf dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır

Ümumilikdə, 108,6 milyard manatlıq investisiya proqnozu Azərbaycanın qarşıdakı illər üçün iqtisadi inkişaf gündəliyində mühüm göstəricidir. Bu hədəfin real iqtisadi nəticələrə çevrilməsi bir tərəfdən Azərbaycanın iqtisadi gücünə güc qatacaq, digər tərəfdənsə sahibkarlığın inkişafına və yeni iş yerlərinin açılmasına böyük töhfələr verəcək.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda benzinli avtomobillər tarixə qovuşur – Yeni strategiyada nələr var?

Azərbaycanda benzinli avtomobillər tarixə qovuşur – Yeni strategiyada nələr var?

Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları

Ütünü zədələmədən yanıq və kirəcdən təmizləməyin yolları

Dünyanın ən güclü pasportları açıqlandı – Azərbaycan neçənci yerdədir?

Dünyanın ən güclü pasportları açıqlandı – Azərbaycan neçənci yerdədir?

Cəhənnəm Mars planetidir? – ŞOK İDDİA

Cəhənnəm Mars planetidir? – ŞOK İDDİA

Ukrayna Oryoldakı zavoda belə zərbə endirdi – ANBAAN VİDEO

Ukrayna Oryoldakı zavoda belə zərbə endirdi – ANBAAN VİDEO

Qətllə başa çatan görüşü deputatın oğlu təşkil edibmiş... – YENİ DETALLAR - FOTO

Qətllə başa çatan görüşü deputatın oğlu təşkil edibmiş... – YENİ DETALLAR - FOTO

Bu tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək

Bu tibb işçilərinin maaşına 50 faizədək əlavə veriləcək

108 milyardlıq İNVESTİSİYA - Azərbaycan iqtisadiyyatında yaxın 4 ildə nələr dəyişəcək?

108 milyardlıq İNVESTİSİYA - Azərbaycan iqtisadiyyatında yaxın 4 ildə nələr dəyişəcək?

Şirniyyat istəyi hansı xəstəliklərdən xəbər verir?

Şirniyyat istəyi hansı xəstəliklərdən xəbər verir?

Canni İnfantino və Arsen Venger Hövsanda – FOTO

Canni İnfantino və Arsen Venger Hövsanda – FOTO

Pişiyi xilas etmək istəyirdi, canından oldu – ANBAAN VİDEO

Pişiyi xilas etmək istəyirdi, canından oldu – ANBAAN VİDEO

Adapteri elektrik şəbəkəsində saxlamayın – Ölümcül ola bilər!

Adapteri elektrik şəbəkəsində saxlamayın – Ölümcül ola bilər!

Çexiyada etirazçılar parlament binasına hücum etdi – ANBAAN VİDEO

Çexiyada etirazçılar parlament binasına hücum etdi – ANBAAN VİDEO

Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycanda təhlükə gözlənilir?

Xəzərdə kütləvi balıq tələfatı – Azərbaycanda təhlükə gözlənilir?

Evi xoş qoxulu saxlamaq üçün sadə üsul – Cəmi bir neçə saniyə çəkir

Evi xoş qoxulu saxlamaq üçün sadə üsul – Cəmi bir neçə saniyə çəkir

Sabah da yağış yağacaq

Sabah da yağış yağacaq

Sabah gözlənilmədən pul gələ bilər: Bir BÜRCÜN varlanmaq şansı olacaq

Sabah gözlənilmədən pul gələ bilər: Bir BÜRCÜN varlanmaq şansı olacaq

Bill Qeytsdən süni intellektlə bağlı XƏBƏRDARLIQ

Bill Qeytsdən süni intellektlə bağlı XƏBƏRDARLIQ

Vazkeçilməz qadın olmağın sadə yolları

Vazkeçilməz qadın olmağın sadə yolları

İtalyan hiyləsi: payızda paltarları necə tez qurutmaq olar

İtalyan hiyləsi: payızda paltarları necə tez qurutmaq olar

Xəstəxanaya yerləşdirilən Naibə Allahverdiyevanın SON DURUMU

Xəstəxanaya yerləşdirilən Naibə Allahverdiyevanın SON DURUMU

Gürcüstan ilbizdən milyonlar qazanır – Nəhəng ölkələr almaq üçün cərgəyə durub

Gürcüstan ilbizdən milyonlar qazanır – Nəhəng ölkələr almaq üçün cərgəyə durub

Altı il öncə bu gün – 24 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Altı il öncə bu gün – 24 oktyabrda şəhid olmuş qəhrəmanlarımız – FOTOLAR

Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video

Bakıda ölümlə nəticələnən davanın iştirakçılarından biri deputat Arzuxan Əlizadənin oğludur - Foto/Video

End of content

No more pages to load

RADİO