Dünya
Bu gün 14:34
Rusiyanın Oryol şəhərində oktyabrın 23-də Ukrayna Silahlı Qüvvələrinin raket zərbəsinə məruz qalan müəssisənin dağıntıları altından 3 nəfərin cəsədi tapılıb.
Bizim.Media xəbər verir ki, raket hücumunun hədəfi yarımkeçirici cihazlar, diodlar, eləcə də sənaye və xüsusi texnika üçün elektron komponentlər istehsal edən "Proton" Səhmdar Cəmiyyəti olub.
Ukrayna tərəfinin iddiasına görə, zavodun istehsal etdiyi məhsullardan Rusiya silahlı qüvvələrinin arsenalında, o cümlədən "İskəndər-M" raket kompleksləri və "Pantsir-S1" zenit raket-top sistemlərində istifadə olunur.
Dağıntılar altında axtarış-xilasetmə işlərinin davam etdirildiyi bildirilir.
Bizim.Media