Rusiya Silahlı Qüvvələri xüsusi əməliyyat başlayandan indiyə kimi Ukraynada 3491 hərbi obyekti məhv edib.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov məlumat verib.
“Yüksək dəqiqliyə malik silahla Vasilkovdakı aerordom və Brovarıdakı radio və radiotexniki kəşfiyyat mərkəzi sıradan çıxarılıb.
Ukrayna silahlı qüvvələrinin 1127 tank və digər zirehli döyüş maşını, 115 reaktiv yaylım atəş sistemi, 423 səhra artilleriya və minaatan, 934 xüsusi təyinatlı hərbi texnika, eləcə də 123 pilotsuz uçuş aparatı da məhv edilib” – deyə Konaşenkov qeyd edib.
Bizim.Media