Rusiya Prezidentinin xarici ölkələrlə investisiya-iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, Rusiya Birbaşa İnvestisiyalar Fondunun (RDIF) rəhbəri Kirill Dmitriyev ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffa və Amerika liderinin kürəkəni Cared Kuşnerə Ukrayna üzrə danışıqlar prosesindəki iştiraklarına görə minnətdarlığını bildirib.
Bizim.Media xəbər verir ki, Dmitriyev "X" (Twitter) sosial şəbəkəsindəki hesabında "Təşəkkür edirəm, sülhməramlılar" yazaraq Uitkoff və Kuşnerin dialoqa verdiyi töhfəni yüksək qiymətləndirib.
Xatırladaq ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putinin Stiv Uitkoffla görüşündə noyabrın 10-dan sonra Rusiya və Ukrayna üçün təhlükəsizlik sisteminin qurulması mövzusunda üçtərəfli danışıqları bərpa etməyə hazır olduğunu diqqətə çatdırıb.
Uşakovun sözlərinə görə, Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların yeni raundu Əbu-Dabi şəhərində keçirilə bilər.
Bizim.Media