Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir – FOTO

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi tərəfindən Avropada həyata keçirilən “Minasız dünya” beynəlxalq kampaniyası çərçivəsində 2026-cı il oktyabrın 21-də İtaliyanın Milan şəhərində növbəti sərgi keçirilib.

Bizim.Media xəbər verir ki, ziyarətçilərə Ermənistan və Azərbaycan arasında münaqişə başa çatsa da, işğal dövründə basdırılmış minaların dinc əhali üçün yaratdığı təhlükənin və bunun davamlı sülhə ziyan vurduğu barədə məlumat verilib.

Ermənistan Azərbaycan qarşısındakı öhdəliklərinə əməl etməli, dəqiq mina xəritələrini təhvil verməlidir. Aksiya böyük maraqla qarşılanıb.

Kampaniya çərçivəsində bu il oktyabrın 5-də İsveçrənin Cenevrə, oktyabrın 7-də Çexiyanın Brno, oktyabrın 9-da Sloveniyanın Lyublyana, oktyabrın 11-də Bosniya və Herseqovinanın Sarayevo, oktyabrın 13-də Xorvatiyanın Zaqreb, oktyabrın 15-də Avstriyanın Salzburq, oktyabrın 17-də İtaliyanın Roma şəhərlərində silsilə fotoekspozisiyalar keçirilib.

 

“Gilavar Foto Klubu” İctimai Birliyi Azərbaycanın QHT Agentliyi və Qarabağ Dirçəliş Fondunun ANAMA-nın tərəfdaşlığı ilə birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

 

Qeyd edək ki, “Qarabağ İtkin Ailələri” İctimai Birliyinin təşkilatçılığı ilə azərbaycanlı itkin ailələri də Avropada Ermənistana qarşı etiraz aksiyalarına başlayıb.

2026-cı il oktyabrın 20-də Belçika Krallığının paytaxtı Brüssel şəhərində Avropa Parlamentinin qarşısında və oktyabrın 21-də

“Schuman” meydanında bir qrup azərbaycanlı itkin ailəsi aksiyalar keçirib.

Qeyd olunub ki, Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı 4.010 azərbaycanlı itkin düşüb. Onlar arasında 71 uşaq, 288 qadın və 319 ahıl şəxs olub. Hər rəqəmin arxasında bir insan həyatı, cavabsız qalan suallar dayanır. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda, hətta bir sıra itkinlərin qalıqlarının tapıldığı kütləvi məzarlıqların ətrafında da minaların basdırıldığı aşkarlanıb. Sülh gündəliyinin irəlilədiyi bir dövrdə itkinlərin taleyinə aydınlıq gətirilməsi xüsusi əhəmiyyət daşıyır.












































Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşayış binalarında elektrik sobalarına keçid TƏLƏBİ qoyulur

Yaşayış binalarında elektrik sobalarına keçid TƏLƏBİ qoyulur

Milli Məclis Fransada insan hüquqlarının pozulması hallarına münasibət bildirdi

Milli Məclis Fransada insan hüquqlarının pozulması hallarına münasibət bildirdi

SON DƏQİQƏ! Ərdoğanın sabiq baş müşaviri SAXLANILDI

SON DƏQİQƏ! Ərdoğanın sabiq baş müşaviri SAXLANILDI

Cəlilabadda 2 “VAZ” avtomobili toqquşdu: 3 yaralı var

Cəlilabadda 2 “VAZ” avtomobili toqquşdu: 3 yaralı var

Sabahdan məbləğ 20 dəfə artırılır - RƏSMİ

Sabahdan məbləğ 20 dəfə artırılır - RƏSMİ

6 yaşlı qızını evləndirdi, iki il sonra azadlığa buraxıldı – Türkiyədə vəqf rəhbərinin qalmaqallı CİNAYƏT İŞİ – VİDEO

6 yaşlı qızını evləndirdi, iki il sonra azadlığa buraxıldı – Türkiyədə vəqf rəhbərinin qalmaqallı CİNAYƏT İŞİ – VİDEO

Kürdəmirdə magistral su borusu partladı - Rayon mərkəzi və 6 kənd susuz qaldı

Kürdəmirdə magistral su borusu partladı - Rayon mərkəzi və 6 kənd susuz qaldı

Bütün sosial ödənişlər BU TARİXDƏ veriləcək

Bütün sosial ödənişlər BU TARİXDƏ veriləcək

Vüqar Əliyevin işində qərar dəyişdi: Pərviz Hacıyev də dindiriləcək – FOTO

Vüqar Əliyevin işində qərar dəyişdi: Pərviz Hacıyev də dindiriləcək – FOTO

Mühafizəçi işlədiyi şirkətdən oğurluq etdi – TUTULDU

Mühafizəçi işlədiyi şirkətdən oğurluq etdi – TUTULDU

Kürəkənini öldürən şəxsin cəzası 8 il endirildi

Kürəkənini öldürən şəxsin cəzası 8 il endirildi

Bakıda metroya minənlərə ŞAD XƏBƏR - Yeni stansiya ilin sonunda açılır

Bakıda metroya minənlərə ŞAD XƏBƏR - Yeni stansiya ilin sonunda açılır

Putinin xüsusi nümayəndəsindən Uitkoff və Kuşnerə: “Təşəkkür edirəm, sülhməramlılar”

Putinin xüsusi nümayəndəsindən Uitkoff və Kuşnerə: “Təşəkkür edirəm, sülhməramlılar”

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Əli Əsədovdan Müdafiə Sənayesi Nazirliyi ilə bağlı QƏRAR

Əli Əsədovdan Müdafiə Sənayesi Nazirliyi ilə bağlı QƏRAR

Xəsis görünməkdən niyə bu qədər qorxuruq? - Maaş minimum, fors maksimum

Xəsis görünməkdən niyə bu qədər qorxuruq? - Maaş minimum, fors maksimum

159 ölkədən Fransız Polineziyasına DƏSTƏK: Öz müqəddəratını təyin edəcək

159 ölkədən Fransız Polineziyasına DƏSTƏK: Öz müqəddəratını təyin edəcək

Buzovnada 2 yaşlı qız kanalda boğuldu

Buzovnada 2 yaşlı qız kanalda boğuldu

Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir – FOTO

Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir – FOTO

BVF-dən Azərbaycanla bağlı makroiqtisadi PROQNOZLAR

BVF-dən Azərbaycanla bağlı makroiqtisadi PROQNOZLAR

Yaponiya Azərbaycanı dəyərli tərəfdaş adlandırdı

Yaponiya Azərbaycanı dəyərli tərəfdaş adlandırdı

Erməni nazirlər TRIPP dəhlizinin çəkilişini müzakirə etmək üçün Zəngəzurda – FOTO

Erməni nazirlər TRIPP dəhlizinin çəkilişini müzakirə etmək üçün Zəngəzurda – FOTO

Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı

Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı

Nazirdən dövlət büdcəsi ilə bağlı AÇIQLAMA

Nazirdən dövlət büdcəsi ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO