159 ölkədən Fransız Polineziyasına DƏSTƏK: Öz müqəddəratını təyin edəcək

Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

BMT Baş Assambleyasının Xüsusi Siyasi Məsələlər və Dekolonizasiya üzrə Dördüncü Komitəsində Fransız Polineziyasına dair qətnamə layihəsi 159 lehinə, 2 əleyhinə və 4 bitərəf səslə qəbul edib.

Bu barədə Bizim.Media-ya Bakı Təşəbbüs Qrupundan məlumat verilib.

Bildirilib ki, Fransa qətnamə layihəsini dəstəkləməyərək bitərəf qalan dörd ölkədən biri olub.

Qətnamə layihəsində Fransız Polineziyası xalqının öz müqəddəratını təyinetmə hüququ bir daha təsdiqlənir, Fransadan dekolonizasiya prosesində BMT ilə əməkdaşlıq etməsi və bu istiqamətdə konkret addımlar atması tələb olunur. Xüsusilə, BMT-nin Müstəmləkəçiliyin ləğvi üzrə Xüsusi Komitəsinin (C-24) əraziyə faktaraşdırıcı missiyasının göndərilməsinə şərait yaradılması, BMT-nin himayəsi altında müvafiq iş proqramının hazırlanması, habelə öz müqəddəratını təyinetmə prosesinin şərtləri və müddətləri barədə Fransa ilə yerli hakimiyyət orqanları arasında strukturlaşdırılmış dialoqun başlanması nəzərdə tutulur. Sənəddə, həmçinin, yerli əhalinin təbii sərvətləri üzərində hüquqları və Fransanın 1966-1996-cı illərdə həyata keçirdiyi nüvə sınaqlarının fəsadları ilə bağlı məsələlərə diqqət yetirilir.

Qeyd edilib ki, Fransız Polineziyasının müstəqilliyi uğurunda mübarizə aparan Tavini Huiraatira partiyası yaydığı bəyanatda səsvermənin nəticələrini Fransanın regionda davam edən müstəmləkə siyasətinə qarşı mühüm beynəlxalq siyasi mesaj kimi qiymətləndirib. Bildirilib ki, 159 ölkənin qətnaməni dəstəkləməsi Fransız Polineziyası da daxil olmaqla, Sakit okeandakı özünü idarə etməyən ərazilərin dekolonizasiyası prosesinin BMT-nin nəzarətində saxlanılmasına geniş beynəlxalq dəstəyi nümayiş etdirir.

BMT-də 159 ölkənin dekolonizasiya prosesini dəstəklədiyi bir şəraitdə Fransanın bitərəf mövqe tutması onun müstəmləkə keçmişindən özxoşuna əl çəkməyəcəyini göstərir.

Tavini Huiraatira partiyasının bəyanatında dekolonizasiya prosesinin sürətləndirilməsi üçün üç əsas istiqamət üzrə konkret addımların atılması tələb olunur. Bunlara BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin (C24) Fransız Polineziyasına faktaraşdırıcı missiya göndərməsi və yerli əhalinin mövqeyini birbaşa öyrənməsi, BMT-nin himayəsi altında müvafiq təminatlarla müşayiət olunan iş proqramının hazırlanması, həmçinin dekolonizasiya prosesinin mərhələləri və vaxt qrafiki ilə bağlı Fransa dövləti ilə strukturlaşdırılmış dialoqun aparılması daxildir.

Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Fransız Polineziyasının azadlıq hərəkatı olan "Tavini Huiraatira" partiyasına dəstək verməkdə davam edir.

Yarandığı gündən etibarən müstəmləkəçilikdən əziyyət çəkən xalqların səsinin dünyaya çatdırılmasında mərkəzi platformaya çevrilən Bakı Təşəbbüs Qrupu, "Tavini Huiraatira" ilə imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Polineziya xalqının hüquqlarının beynəlxalq arenada, o cümlədən BMT çərçivəsində müdafiə olunması istiqamətində ardıcıl fəaliyyət göstərir.

BTQ tərəfindən Bakıda və müxtəlif beynəlxalq platformalarda təşkil olunan konfranslar, aparılan elmi araşdımalar və Dənizaşırı ərazilərdəki neokolonializm siyasətinin ifşasına yönəlmiş qlobal layihələr bu tarixi qətnamənin qəbulu üçün zəruri beynəlxalq rəyin və həmrəyliyin formalaşmasında əhəmiyyətli rol oynamışdır.

Xatırladaq ki, BTQ tərəfindən BMT-nin sözügedən qətnaməsini dəstəkləyən açıqlama yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yaşayış binalarında elektrik sobalarına keçid TƏLƏBİ qoyulur

Yaşayış binalarında elektrik sobalarına keçid TƏLƏBİ qoyulur

Milli Məclis Fransada insan hüquqlarının pozulması hallarına münasibət bildirdi

Milli Məclis Fransada insan hüquqlarının pozulması hallarına münasibət bildirdi

SON DƏQİQƏ! Ərdoğanın sabiq baş müşaviri SAXLANILDI

SON DƏQİQƏ! Ərdoğanın sabiq baş müşaviri SAXLANILDI

Cəlilabadda 2 “VAZ” avtomobili toqquşdu: 3 yaralı var

Cəlilabadda 2 “VAZ” avtomobili toqquşdu: 3 yaralı var

Sabahdan məbləğ 20 dəfə artırılır - RƏSMİ

Sabahdan məbləğ 20 dəfə artırılır - RƏSMİ

6 yaşlı qızını evləndirdi, iki il sonra azadlığa buraxıldı – Türkiyədə vəqf rəhbərinin qalmaqallı CİNAYƏT İŞİ – VİDEO

6 yaşlı qızını evləndirdi, iki il sonra azadlığa buraxıldı – Türkiyədə vəqf rəhbərinin qalmaqallı CİNAYƏT İŞİ – VİDEO

Kürdəmirdə magistral su borusu partladı - Rayon mərkəzi və 6 kənd susuz qaldı

Kürdəmirdə magistral su borusu partladı - Rayon mərkəzi və 6 kənd susuz qaldı

Bütün sosial ödənişlər BU TARİXDƏ veriləcək

Bütün sosial ödənişlər BU TARİXDƏ veriləcək

Vüqar Əliyevin işində qərar dəyişdi: Pərviz Hacıyev də dindiriləcək – FOTO

Vüqar Əliyevin işində qərar dəyişdi: Pərviz Hacıyev də dindiriləcək – FOTO

Mühafizəçi işlədiyi şirkətdən oğurluq etdi – TUTULDU

Mühafizəçi işlədiyi şirkətdən oğurluq etdi – TUTULDU

Kürəkənini öldürən şəxsin cəzası 8 il endirildi

Kürəkənini öldürən şəxsin cəzası 8 il endirildi

Bakıda metroya minənlərə ŞAD XƏBƏR - Yeni stansiya ilin sonunda açılır

Bakıda metroya minənlərə ŞAD XƏBƏR - Yeni stansiya ilin sonunda açılır

Putinin xüsusi nümayəndəsindən Uitkoff və Kuşnerə: “Təşəkkür edirəm, sülhməramlılar”

Putinin xüsusi nümayəndəsindən Uitkoff və Kuşnerə: “Təşəkkür edirəm, sülhməramlılar”

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Əli Əsədovdan Müdafiə Sənayesi Nazirliyi ilə bağlı QƏRAR

Əli Əsədovdan Müdafiə Sənayesi Nazirliyi ilə bağlı QƏRAR

Xəsis görünməkdən niyə bu qədər qorxuruq? - Maaş minimum, fors maksimum

Xəsis görünməkdən niyə bu qədər qorxuruq? - Maaş minimum, fors maksimum

159 ölkədən Fransız Polineziyasına DƏSTƏK: Öz müqəddəratını təyin edəcək

159 ölkədən Fransız Polineziyasına DƏSTƏK: Öz müqəddəratını təyin edəcək

Buzovnada 2 yaşlı qız kanalda boğuldu

Buzovnada 2 yaşlı qız kanalda boğuldu

Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir – FOTO

Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir – FOTO

BVF-dən Azərbaycanla bağlı makroiqtisadi PROQNOZLAR

BVF-dən Azərbaycanla bağlı makroiqtisadi PROQNOZLAR

Yaponiya Azərbaycanı dəyərli tərəfdaş adlandırdı

Yaponiya Azərbaycanı dəyərli tərəfdaş adlandırdı

Erməni nazirlər TRIPP dəhlizinin çəkilişini müzakirə etmək üçün Zəngəzurda – FOTO

Erməni nazirlər TRIPP dəhlizinin çəkilişini müzakirə etmək üçün Zəngəzurda – FOTO

Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı

Kəşfiyyat onu ölənə qədər izləyib - 27 illik sirr açıldı

Nazirdən dövlət büdcəsi ilə bağlı AÇIQLAMA

Nazirdən dövlət büdcəsi ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO