Cəlilabad şəhərində baş verən yol qəzasında üç nəfər xəsarət alıb.
Bizim.Media xəbər verir ki, hadisə şəhərin Qurtuluş küçəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan “VAZ-2107” və “VAZ-2106” markalı nəqliyyat vasitələri toqquşub.
Toqquşma nəticəsində üç nəfər xəsarət alıb.
Yaralılar tibbi yardım göstərilməsi üçün rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunublar. (Apa.az)
Bizim.Media