Bakıda “Nərimanov” metrostansiyasının ətrafında genişmiqyaslı təmir işləri aparılır.
Bizim.Media xəbər verir ki, Ağa Nemətulla küçəsi, “Metropark” ticarət mərkəzinin ətrafı, Təbriz küçəsi (Nərimanov bağı və üzbəüz ərazi) istiqamətində səki daşlarının dəyişdirilməsi hərəkəti çətinləşdirib.
“Nərimanov” metrosunun bir neçə girişi də bağlanıb.
Yaranan vəziyyət piyadaların narazılığına səbəb olur. Təmir işlərinin nə vaxt başa çatacağı isə məlum deyil.
Mövzu ilə bağlı AYNA-ya sorğu ünvanlanıb. (Axar.az)







Bizim.Media