Slovakiya 2022-ci ildən bəri ilk dəfə Rusiya ilə hökumətlərarası məsləhətləşmələr keçirəcək.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Rusiya-Slovakiya iqtisadi və elmi-texniki əməkdaşlıq komissiyasının iclası oktyabrın 26-da Moskvada keçiriləcək.
Görüşdə energetika, o cümlədən atom enerjisi, kənd təsərrüfatı, ekologiya, idman və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri müzakirə olunacaq.
Qeyd olunub ki, Bratislava qaz tədarükünün müzakirəsində və neft tədarükünün davam etdirilməsində maraqlıdır. Bu mövqe Avropa İttifaqının 2027-ci ilin sonunadək Rusiya qazının alışını dayandırmaq planı ilə ziddiyyət təşkil edir.
Bizim.Media