Tramp Rusiya dizelinə qoyulan məhdudiyyətlərin yumşaldılması ilə bağlı Putinlə sövdələşmə bağlamağa çalışır. Avropa ölkələrinin liderləri isə Kremlə qarşı yeni bir zərbə vurmağa hazırlaşır.
Bizim.Media xəbər verir ki, Politico nəşrinin verdiyi məlumata görə, artıq cümə dəfə xüsusi sammitdə Avropa İttifaqı Moskvaya qarşı sanksiyaların kəskin şəkildə sərtləşdirilməsini tələb edəcək.
Eyni zamanda, Avropa hökumətləri Trampın Rusiya ilə Ukrayna arasında guya "energetika barışığının" əldə olunması barədə bəyanatını qətiyyətlə rədd edirlər.
Avropalı rəsmilər hesab edirlər ki, Trampın Putinlə razılaşması ABŞ-da keçiriləcək aralıq seçkilər öncəsi sırf seçkiqabağı siyasi hesablamadır. Rusiya dizelinin əlavə tədarükü isə Amerikadakı yanacaq qiymətlərinə heç bir real təsir göstərməyəcək.
Bizim.Media