Restoranda pul alarkən tutulmuşdu - Hökm oxundu

İsmayıllıda keçirilən antikorrupsiya əməliyyatı ilə həbs edilən bələdiyyə sədri Cahangir Surxayevin məhkəməsi başa çatıb.

Bizim.Media xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsi artıq hökmü elan edib.

İş materiallarında yazılıb ki, Cahangir Surxayev Diyallı kənd bələdiyyəsinin sədri vəzifəsini icra etdiyi müddətdə arıçılıq təsərrüfatı üçün torpaq icarəyə götürmək istəyən kənd sakini İlham Əsgərov ona müraciət edib. C.Surxayev bələdiyyə üzvlərinin ümumi yığıncağını və açıq hərrac, müsabiqə keçirmədən 2.6 hektar sahəni 5 illik icarəyə verib. Bunun əvəzində, o, torpağı icarəyə götürən şəxsdən hissə-hissə 22 min manat pul alıb.
 
Bələdiyyə sədri 19 mini alıb şəxsi mənafeyi üçün xərcləsə də, qalan 3 min rüşvəti götürəndə "ilişib". O, İsmayıllıdakı "Orman" restoranında pulu alarkən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməliyyatçıları tərəfindən tutulub.

Keçmiş bələdiyyə sədri məhkəmədə özünü rüşvət ittihamı ilə təqsirli bilmədiyini deyib. Surxayev deyib ki, məqsədi qanuni prosedur olmadan İlham Əsgərovu aldadıb pulunu əlindən almaq olub. Bu səbəbdən törətdiyi əməli dələduzluq hesab edir.

O, valideynlərinin və övladlarının müalicəsi üçün bankdan kredit aldığını, bəzi borcları ödəyə bilmədiyini qeyd edərək yüngül cəza verilməsini xahiş edib.

Günay Aşurovanın sədrlik etdiyi məhkəmə kollegiyası yekunda Cahangir Surxayevə verilmiş ittihamları sübuta yetirilmiş hesab edib. Hökmə əsasən, o, vəzifə səlahiyyətlərini aşmaqla və vəzifə saxtakarlığı ilə külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 1 ay azadlıqdan məhrum edilib. (Qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Laos Prezidenti: Ümid edirəm ki, gələcəkdə Azərbaycan investorları ölkəmizə daha çox sərmayə yatıracaqlar

Bakı metrosu gücləndirilmiş iş rejiminə keçəcək – SƏBƏB

Təhlükəli mallar dövriyyədən çıxarılıb, məhv ediləcək – YENİ QAYDALAR

Azərbaycanda bəzi şəxslərin iş və istirahət vaxtları yenidən tənzimlənir

Parlamentdə "Ev Sahibi Ölkə Sazişi" təsdiq edildi

"İmişli" baş məşqçisi ilə yollarını ayırdı

Mayamidə müzakirə edilən sülh planının detalları bəlli oldu – The Washington Post

Azərbaycan Prezidenti: “Laos bizim üçün dost ölkədir”

Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir

Qırğızıstanla mühüm sazişlər TƏSDİQLƏNDİ

Məleykə Abbaszadə bu il 600-dən yuxarı bal toplayanların sayını açıqladı

Prezident: “Azərbaycan ərazisində bütün əsas nəqliyyat-logistika layihələri artıq reallaşıb”

Yusif Axundov yüksək vəzifəyə TƏYİN OLUNDU

Trampla açıq qarşıdurma Zelenskiyə baha başa gələcək – Politico riskləri açıqladı

Prezident: Azərbaycanın xarici ölkələrə sərmayə qoyuluşu ildən-ilə genişlənir

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Azərbaycan-Qırğızıstan ticarət dövriyyəsində kəskin ARTIM

Fiziklər səsi udan "qara dəlik" yaratdılar

İlham Əliyev: Əminəm ki, Laosla ikitərəfli əməkdaşlıq daha da dərinləşəcək

"Putin danışıqlar masasına yalnız Donbasın qalan 11%-ni aldıqdan sonra qayıdacaq" – Reuters

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Mayamidəki uğursuz danışıqların TƏFƏRRÜATI

Azərbaycan ilə Laos arasında Birgə Bəyanat qəbul olundu - FOTO

İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü KEÇİRİLDİ

End of content

No more pages to load

RADİO