Pakistanın Pəncab əyalətinin Multan şəhərində sərnişin qatarının relsdən çıxması nəticəsində ən azı beş nəfər ölüb, 30 nəfər yaralanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Geo TV məlumat yayıb.
Məlumata görə, Kəraçidən Peşəvərə gedən qatarın bütün 14 vaqonu relsdən çıxıb.
Yaralılar Multandakı xəstəxanaya çatdırılıb.
Xilasetmə işləri davam etdirilir.
Qəzanın səbəbi hələlik müəyyən edilməyib.
Bizim.Media