61 yaşlı idmançı Donnacin Uayld (DonnaJean Wilde) 5 saat planka vəziyyətində qalaraq yeni Ginnesin dünya rekordunu müəyyənləşdirib.
Bizim.Media xəbər verir ki, o, ABŞ-ın Yuta ştatında keçirilən “Huntsman World Senior Games” veteran idmançıların dünya oyunlarının açılışında özünə aid olan əvvəlki rekordu (2024-cü ildəki 4 saat 30 dəqiqə 11 saniyə) geridə qoyub.
Oyunların baş direktoru Kayl Keys bildirib ki, idmançının bu uğuru yarışın əsas ideyasını əks etdirir: yaş sevimli məşğuliyyətdən imtina etmək üçün maneə deyil.

Bizim.Media