Ermənistanın kənd təsərrüfatı məhsullarının idxalına tətbiq edilən məhdudiyyətlər Rusiya bazarına demək olar ki, təsir göstərməyib, lakin erməni istehsalçıları üçün ciddi problemlər yaradıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Rusprodsoyuz"un icraçı direktoru Dmitri Vostrikov bildirib.
Ermənistan məhsullarının Rusiya idxalındakı payı kateqoriyadan asılı olaraq cəmi 1–7% təşkil etdiyi üçün rusiyalı istehlakçılar qiymət və ya çeşid baxımından heç bir dəyişiklik hiss etməyiblər.
Əsas zərbə Rusiya bazarı bir çox məhsul üzrə yeganə satış məkanı olan Ermənistan istehsalçılarına dəyib.
"Rosselxoznadzor" 2026-cı ilin iyununda karantin altında olan məhsulların gətirilməsini, tranzitini və balıq məhsullarını, iyul ayında isə süd məhsullarının idxalını məhdudlaşdırıb.
Qurumun rəhbəri Sergey Dankvert bu addımın siyasi motivlər deyil, məhz Ermənistanda məhsulların keyfiyyət və təhlükəsizliyinə lazımi nəzarətin olmaması ilə bağlı olduğunu açıqlayıb.
Bizim.Media