Gəncə terrorunun şahidləri: 6 il keçsə də, həmin gecənin ağrısı unudulmayıb - FOTO

Altı il əvvəl Gəncənin dinc sakinləri növbəti dəfə Ermənistanın raket hücumlarının hədəfinə çevrildilər. 2020-ci il oktyabrın 11-də gecə saatlarında şəhərin yaşayış məntəqələrinə endirilən raket zərbələri nəticəsində mülki şəxslər həyatını itirdi, evlər dağıldı, insanlar yaralandı. Həmin gecə Gəncədə yaşanan faciə bu gün də hadisə şahidlərinin yaddaşında bütün ağrısı ilə yaşayır.
 
Bizim.Media xəbər verir ki, Gəncə Memorial Kompleksində qanlı gecənin canlı şahidi AZƏRTAC-a açıqlamasında deyib ki, zaman bəzi yaralara məlhəm olsa da, yaşanan dəhşətli faciənin izləri yaddaşlardan silinmir.
 

Hadisə şahidi Bağırov Yusif Ramiz oğlu həmin vaxt işlə əlaqədar Bakıda yaşadığını deyir. 2020-ci il oktyabrın 10-dan 11-nə keçən gecə Gəncəyə raket atıldığını dostlarından eşidən Yusif ilk olaraq valideynlərinə zəng edib.


 “Telefonlarına zəng çatırdı, amma cavab verən yox idi. Sonradan anamla danışa bildim. Dedi ki, xəsarət almışam, amma yaxşıyam. Dostlarım isə mənə atamın şəhid olduğunu demədilər, yaralı olduğunu və xəstəxanaya aparıldığını söylədilər. Gəncəyə çatanda bildim ki, Ermənistanın şəhərimizi raket atəşinə tutması nəticəsində atam şəhid olub”, – deyə o həmin günləri belə xatırlayır.
 
Yusif həmin ərazidə atası ilə birlikdə 10 qonşusunun da şəhid olduğunu bildirir. O, hadisədən altı il keçsə də, həmin gecənin ağrısını hələ də yaşadığını deyib:

“Hadisənin üzərindən altı il keçməsinə baxmayaraq, sanki hər şey dünən baş verib. Düşmən mənfurcasına dinc əhalini atəşə tutmaqla bizi ruhdan sala biləcəyini düşündü. Ancaq xalqımız böyük ruh yüksəkliyi ilə ordumuzun yanında oldu və döyüş meydanında düşmənə layiqli cavab verildi. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.
 
Həmin gecəni ürək ağrısı ilə xatırlayanlardan biri də Mustafayev Emin Yavuz oğludur. Onun sözlərinə görə, raket zərbəsi zamanı yatan uşaqlar, qadınlar və yaşlılarla yanaşı, özü də dağıntıların altında qalıb.
 
“O günləri çox ürək ağrısı ilə xatırlayıram. O gecə yatan uşaqlar, qadınlar, yaşlılar, mən özüm daşların və dağıntıların altında qaldıq. Qonşularım, yaxınlarım şəhid oldu. Raket zərbəsi endirilən yerdə və onun yaxınlığında bir dənə də olsun hərbi təyinatlı obyekt yox idi. Düşmən konkret olaraq dinc əhalini hədəfə almışdı”, – deyə Emin Mustafayev bildirir.
 
O qeyd edir ki, Ermənistanın Gəncəni atəşə tutmaqla Azərbaycan xalqını parçalamaq və ruhdan salmaq niyyəti baş tutmadı. Əksinə, xalq və ordu daha böyük həmrəylik nümayiş etdirdi.
 
“Bizim qisasımızı başda Müzəffər Ali Baş Komandan İlham Əliyev olmaqla rəşadətli Ordumuz aldı. Bu gün biz azərbaycanlı olaraq qürur duyur, fəxr edirik”, – deyə hadisə şahidi vurğulayır.
 

Gəncədə həmin gecənin şahidlərinin danışdıqları isə bir həqiqəti dəyişməz olaraq ortaya qoyur. Ermənistanın dinc əhaliyə qarşı törətdiyi raket terroru yalnız dağılan binalarda deyil, insanların yaddaşında da dərin iz buraxıb.


 Bu gün Gəncə Memorial Kompleksində şəhidlərin xatirəsi ehtiramla yad olunur. Burada nümayiş etdirilən fotolar, dağıntılardan qalan əşyalar və şahidlərin xatirələri 2020-ci ilin qanlı günlərinin canlı salnaməsinə çevrilib.
 
Altı il əvvəl Gəncəyə tuşlanan raketlər həyatları yarımçıq qoydu. Lakin həmin gecənin şahidləri deyirlər ki, terror xalqın iradəsini sındıra bilmədi.

Əksinə, Gəncənin ağrısı Vətən müharibəsində Azərbaycanın Zəfər əzminə çevrildi.

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri atəşkəs rejimini və beynəlxalq hüquq normalarını, o cümlədən silahlı münaqişələr zamanı mülki şəxslərin müdafiəsinə dair 12 avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasının tələblərini kobud şəkildə pozaraq, 2020-ci il oktyabr ayının 4-də, 5-də, 8-də, 11-də və 17-də cəbhədən uzaqda yerləşən Gəncə şəhərində yaşayış məntəqələrinə, hərbi hədəf olmayan mülki obyektlərə, həmçinin mülki əhaliyə “Smerç” və “Elbrus” tipli raketlərlə zərbələr endirib. Raket hücumları nəticəsində 26 mülki şəxs öldürülüb, 175 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.
 





















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Beynəlxalq konfransın iştirakçıları Laçında - VİDEO

Beynəlxalq konfransın iştirakçıları Laçında - VİDEO

Maldivlərdə şəxsi ada 72 milyon dollara satışa çıxarıldı - FOTO

Maldivlərdə şəxsi ada 72 milyon dollara satışa çıxarıldı - FOTO

Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı

Şahzadə Harri bu etiraflarına görə 100 min dollar qazandı

Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR

Onlar Qəbələ-Xankəndi Ultramarafonunun qalibi oldu - ADLAR

Sarımsaq qadınları ram etməyə kömək edirmi? - ARAŞDIRMA

Sarımsaq qadınları ram etməyə kömək edirmi? - ARAŞDIRMA

Fərid Qayıbov Xankəndi Ultramarafonunun əhəmiyyətindən danışdı

Fərid Qayıbov Xankəndi Ultramarafonunun əhəmiyyətindən danışdı

İtaliya tarixində ən böyük şərab soyğunu: 30 min şüşə oğurlandı

İtaliya tarixində ən böyük şərab soyğunu: 30 min şüşə oğurlandı

Meqan Markl şahzadə Harridən BOŞANIR?

Meqan Markl şahzadə Harridən BOŞANIR?

Beyləqanda avtomobil elektrik dirəyinə çırpıldı - “Tok” sürücünü öldürdü

Beyləqanda avtomobil elektrik dirəyinə çırpıldı - “Tok” sürücünü öldürdü

Atletlər Xankəndi Zəfər Meydanında finişə çatdı

Atletlər Xankəndi Zəfər Meydanında finişə çatdı

29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı

29 yaşlı şəxsin meyiti həyətindəki yarımtikilidə tapıldı

Azərbaycan Ankarada keçirilən Festivalda belə təmsil olundu - FOTO

Azərbaycan Ankarada keçirilən Festivalda belə təmsil olundu - FOTO

Vahid məktəbli formasına şəhər sakinləri belə reaksiya verdi - VİDEO

Vahid məktəbli formasına şəhər sakinləri belə reaksiya verdi - VİDEO

Kasıb yeməyindən baha delikatesə: Həşəratlar necə dünya mətbəxinin bir hissəsinə çevrildi?

Kasıb yeməyindən baha delikatesə: Həşəratlar necə dünya mətbəxinin bir hissəsinə çevrildi?

Köməksiz vəziyyətdə qalan “şəxslər” belə xilas edildi - FOTO/VİDEO

Köməksiz vəziyyətdə qalan “şəxslər” belə xilas edildi - FOTO/VİDEO

Gəncə terrorunun şahidləri: 6 il keçsə də, həmin gecənin ağrısı unudulmayıb - FOTO

Gəncə terrorunun şahidləri: 6 il keçsə də, həmin gecənin ağrısı unudulmayıb - FOTO

Rusiyanın məhdudiyyəti erməni fermerlərə nə qədər ziyan vurub?

Rusiyanın məhdudiyyəti erməni fermerlərə nə qədər ziyan vurub?

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Azərbaycanda müğənni əməliyyatdan sonra VƏFAT ETDİ - FOTO

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Cüdo üzrə dünya çempionatı: Azərbaycan millisi Avstriyanı məğlub etdi

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Bu ərazidə 13 min illik insan düşərgələri tapıldı

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Ermənilər Putinlə Paşinyanın bu FOTOSUNU müzakirə edir

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Sabunçuda yol problemi: Sürücülər qəza təhlükəsi ilə üz-üzədir - VİDEO

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

Trampdan Zelenskiyə daha bir İTTİHAM: Sövdələşmədən imtina edir

İrəvanda atışma: 3 yaralı var - FOTO

İrəvanda atışma: 3 yaralı var - FOTO

End of content

No more pages to load

RADİO