Xarici səyyahlar Azıx mağarasını ziyarət etdilər - FOTO

Dünyaşöhrətli “Most Traveled People” (MTP) klubunun təsisçisi Çarlz Veleyin (Charles Veley) rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzura səfərə gələn beynəlxalq səyyahlar ilk olaraq Xocavənd rayonundakı qədim yaşayış məskəni olan Azıx mağarasını ziyarət ediblər.

Bizim.Media xəbər verir ki, səfərin ilk dayanacaq məntəqəsində Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin əməkdaşı Nihad Rəhimli qonaqlara mağara haqqında ətraflı məlumat verib.

Bildirilib ki, Xocavənd rayonunda yerləşən Azıx mağarası Cənubi Qafqazın ən böyük əhəngdaşı mağarası və Avrasiyanın ən qədim insan məskənlərindən biridir.

1960-cı ildən arxeoloq Məmmədəli Hüseynovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində burada ümumi qalınlığı 14,5 metr olan 10 mədəni təbəqə, minlərlə daş alət və fauna qalığı aşkar edilib. Mağarada insan məskunlaşmasının izləri təxminən 1,2 milyon il əvvələ aid olunur.

 

1968-ci ildə tapılan və 300–400 min il əvvələ aid edilən qədim insanın (Azıxantrop) alt çənə sümüyü fraqmenti, habelə 700–500 min illik daş divarla əhatələnmiş ocaq xüsusi elmi əhəmiyyət daşıyır. Mağara 2021-ci ildə Tağlar mağarası ilə birlikdə UNESCO-nun Ümumdünya İrs Siyahısının İlkin Siyahısına (Tentative List) daxil edilib.

 

Diqqətə çatdırılıb ki, işğal dövründə – 2002-ci ildən etibarən mağarada Ermənistan arxeoloqları tərəfindən xarici tədqiqatçıların iştirakı ilə Azərbaycanın razılığı olmadan qanunsuz qazıntılar aparılıb, əldə olunan tapıntılar Ermənistana daşınıb. Bu qanunsuz əməllər 1954-cü il Haaqa Konvensiyasının 1999-cu il İkinci Protokolunun və Arxeoloji irsin qorunması haqqında 1992-ci il Avropa Konvensiyasının tələblərinə ziddir.

Hazırda AMEA-nın Arxeologiya və Antropologiya İnstitutu ilə Almaniyanın Leybnits Arxeologiya Mərkəzi (LEIZA) arasında imzalanmış memorandum əsasında Azıx Beynəlxalq Paleolit Arxeoloji Ekspedisiyası artıq üçüncü ildir ki, tədqiqatları davam etdirir. Ekspedisiyada Azərbaycan və Almaniya ilə yanaşı daha 10 ölkədən mütəxəssislər iştirak edir. Mağaranın ikinci girişində (Azıx 2) əvvəllər məlum olmayan geniş qalereya aşkar olunub, 2025-ci ildə III təbəqədən götürülmüş nümunələr OSL (Optik Stimullaşdırılmış Lüminessensiya) üsulu ilə təxminən 300 min il əvvələ aid edilib.
 

Qeyd edək ki, budəfəki heyətə 13 ölkədən (ABŞ, Kanada, Fransa, Almaniya, İsveçrə, Böyük Britaniya və s.) 40-a yaxın nümayəndə daxildir. Səfər proqramına Azərbaycanın qədim tarixini özündə əks etdirən alban məbədlərinin ziyarəti də daxildir.

 

Bu, dünyanın əsas səyyah klublarının 2021–2026-cı illər ərzində Qarabağ və Şərqi Zəngəzura qrup şəklində təşkil olunan 17-ci səfəridir. Belə səfərlər beynəlxalq heyətlərə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri ilə yerində tanış olmaq imkanı yaradır.






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-ın "dünya jandarmı" rolunu oynamağa gücü çatmır – EKSPERT

ABŞ-ın "dünya jandarmı" rolunu oynamağa gücü çatmır – EKSPERT

XƏBƏRDARLIQ: İstanbulda 1238 bina hər an uça bilər - FOTO

XƏBƏRDARLIQ: İstanbulda 1238 bina hər an uça bilər - FOTO

Bakı “C5”i “C6”ya çevirdi - Azərbaycan yeni güc mərkəzində

Bakı “C5”i “C6”ya çevirdi - Azərbaycan yeni güc mərkəzində

Jirinovskinin qızı atasının gerçəkləşən dörd proqnozunu açıqladı

Jirinovskinin qızı atasının gerçəkləşən dörd proqnozunu açıqladı

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir

Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu

Qarabağ Universitetinin tələbəsi qlobal liderlik proqramının məzunu oldu

Binə qəsəbəsində qətl törədən şəxsə məhkəmə AĞIR CƏZA VERDİ

Binə qəsəbəsində qətl törədən şəxsə məhkəmə AĞIR CƏZA VERDİ

Qaya Məmmədovdan Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB - VİDEO

Qaya Məmmədovdan Ermənistan nümayəndə heyətinin təxribat xarakterli bəyanatına CAVAB - VİDEO

DTX-dən xarici təsirlərə məruz qalan insan qalıqları ilə bağlı AÇIQLAMA

DTX-dən xarici təsirlərə məruz qalan insan qalıqları ilə bağlı AÇIQLAMA

Prezidentin Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışından TARİXİ MESAJLAR

Prezidentin Dövlət Başçılarının 8-ci Məşvərət görüşündəki çıxışından TARİXİ MESAJLAR

Qırğızıstanın keçmiş prezidentinin oğlu HƏBS EDİLDİ

Qırğızıstanın keçmiş prezidentinin oğlu HƏBS EDİLDİ

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

Süni intellekt xəstələrə dərman təyin etməyə başladı

Vüqar Qurbanovun qohumunun bıçaqlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Vüqar Qurbanovun qohumunun bıçaqlanması ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Bu il neçə nəfərə əlillik təyin olunub?

Bu il neçə nəfərə əlillik təyin olunub?

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Dünyaşöhrətli səyahətçilərin növbəti məkanı İSA BULAĞI - FOTO

Dünyaşöhrətli səyahətçilərin növbəti məkanı İSA BULAĞI - FOTO

Paytaxtda daha üç marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Paytaxtda daha üç marşrutun hərəkət sxemi dəyişdirildi – SİYAHI

Sabah yağış yağacaq – PROQNOZ

Sabah yağış yağacaq – PROQNOZ

Sezen Aksu xəstəxanaya yerləşdirildi

Sezen Aksu xəstəxanaya yerləşdirildi

Xarici səyyahlar Azıx mağarasını ziyarət etdilər - FOTO

Xarici səyyahlar Azıx mağarasını ziyarət etdilər - FOTO

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

Azərbaycanda avtobus istehsalı son 5 ildə 240 dəfəyə yaxın artıb

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapıldı - 3 nəfər axtarılır - VİDEO

İstanbulda çökən binanın dağıntıları altından 1 nəfərin meyiti tapıldı - 3 nəfər axtarılır - VİDEO

Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş

Bıçaqlanan baş həkimin müavini Vüqar Qurbanovun soyadını dəyişən qohumu imiş

Bu sürücülər cərimə edilməyəcək

Bu sürücülər cərimə edilməyəcək

End of content

No more pages to load

RADİO