Sankt-Peterburqun Moskva vağzalında sərnişin qadın tapança formasında olan çantasına görə az qala saxlanılacaqdı.
Bizim.Media xəbər verir ki, bu barədə "Ostorojno, Peterburq" “Telegram” kanalı məlumat yayıb.
Məlumata görə, peterburqlu qadınlar qaraj satışında (işlənmiş əşyaların satışı) nəsə satmaq üçün Moskvaya yola düşüblər. Özüləri ilə dörd çamadan götürüblər. Yoxlanış zamanı vağzal əməkdaşı onlara müraciət edərək: "Çamadandakı bu tapança sizindir?" – deyə soruşub.
Çamadanı açan əməkdaşlar başa düşüblər ki, real tapança sandıqları əşya əslində üzəri qaşlarla bəzədilmiş bir klatç (kiçik qadın çantası) imiş.
Nəqliyyat təhlükəsizliyi üzrə mütəxəssis zarafatla: "Moskvada insanları qorxutmayın", – deyə bildirib.
Bizim.Media