Fransanın şimal bölgəsində sərnişin qatarının bir neçə vaqonu relsdən çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.
Hadisə nəticəsində 44 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Sərnişinlərdən birinin vəziyyətinin ağır olduğu bildirilir və o, dərhal xəstəxanaya çatdırılıb.
Sözügedən qatar Ruan şəhərindən Kan istiqamətində hərəkət edirmiş.
Bizim.Media