Ukrayna Prezidenti Volodimir Zelenskinin təyyarəsi Moldovadan uçarkən dron hücumu təhlükəsi ilə üzləşib.
Bizim.Media xəbər verir ki, “RBC-Ukrayna”nın yaydığı məlumatına görə, bunu Norveçin Baş naziri Yonas Qar Styore NRK-ya açıqlamasında bildirib.
Norveç hökumətinin başçısı Ukrayna prezidentinin Osloya gedərkən qarşılaşdığı təhlükədən danışıb.
“Onun təyyarəsi Moldovadan havaya qalxarkən az qala dron tərəfindən vurulacaqdı. Onun üzləşdiyi reallıq məhz budur”, — deyə Styore vurğulayıb.
Qeyd edək ki, Ukrayna lideri Volodimir Zelenski Norveç kralı V Haraldın dəfn mərasimində iştirak etmək üçün ölkəyə səfər edib.
Osloda Zelenski Yonas Qar Styore ilə görüşüb. Danışıqlar zamanı tərəflər Ukraynanın hava hücumundan müdafiəsinin gücləndirilməsi, xüsusilə “Patriot” sistemləri üçün raket-müdaxilə vasitələrinin təmin edilməsini müzakirə ediblər.
Bizim.Media