Qaz limitləri ilə bağlı ekspertdən mühüm AÇIQLAMA

Qış aylarının yaxınlaşması ilə əhali üçün aktuallaşan məsələlərdən biri də təbii qaz üzrə tətbiq edilən limitlər və yüksək istehlak zamanı daha yüksək tariflərin qüvvəyə minməsidir. Soyuq havalarda qaz sərfiyyatının artması ailələrin kommunal xərclərini yüksəltdiyindən limitlərin ləğv edilməsi və ya dəyişdirilməsi məsələsi hər il yenidən gündəmə gəlir.

Bəs qarşıdakı qış mövsümündə qaz limitlərinin ləğvi mümkündürmü? Bununla bağlı hər hansı dəyişiklik gözlənilirmi?

Hazırda əhali üçün təbii qazın qiyməti illik istehlak həcminə uyğun olaraq mərhələli şəkildə müəyyənləşdirilir. Mövcud tarif sisteminə əsasən, müəyyən edilmiş istehlak həddi keçildikcə qazın bir kubmetrinin qiyməti də artır. Bu isə xüsusilə qış aylarında daha çox qaz istehlak edən ailələrin xərclərinin artmasına səbəb olur.

Bizim.Media xəbər verir ki, mövzu ilə bağlı “konkret.az”a danışan iqtisadçı Natiq Cəfərli bildirib ki, qaz limitlərinin ləğvi məsələsi hər il qış ərəfəsində müzakirə olunsa da, indiyədək bununla bağlı konkret qərar qəbul edilməyib.

Onun sözlərinə görə, limitlərin ləğvi Nazirlər Kabinetinin qərarından asılıdır:
 

“Bu məsələ hər dəfə qış öncəsi müzakirəyə çıxarılır. Amma indiyədək limitlər ləğv olunmayıb. Bu, Nazirlər Kabinetinin qərarına bağlı məsələdir. Nazirlər Kabineti istəsə, qaz limitlərini ləğv edə bilər. Təəssüf ki, hazırda bununla bağlı ciddi müzakirə belə yoxdur. Mövcud vəziyyət fonunda qarşıdakı qış mövsümündə qaz limitlərinin tamamilə ləğv olunması o qədər də real görünmür”.


Beləliklə, qış aylarında qaz istehlakının artması ilə əlaqədar limitlərin əhali üçün yaratdığı əlavə maliyyə yükü yenidən müzakirə mövzusuna çevrilsə də, hazırda onların ləğvi ilə bağlı hər hansı rəsmi qərar və ya konkret təşəbbüs açıqlanmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

19 yaşlı Yamal Mbappenin rekordunu yenilədi

19 yaşlı Yamal Mbappenin rekordunu yenilədi

Tramp: Putin və Zelenski ilə üçtərəfli görüş keçirilə bilər

Tramp: Putin və Zelenski ilə üçtərəfli görüş keçirilə bilər

Ermənistan vətəndaşlıqdan imtinanın qiymətini 10 qat qaldırdı: “Bu qədər ödə, çıx get”

Ermənistan vətəndaşlıqdan imtinanın qiymətini 10 qat qaldırdı: “Bu qədər ödə, çıx get”

Serhat Kılıçın rolu ona verildi – FOTO

Serhat Kılıçın rolu ona verildi – FOTO

Tramp İranla müharibənin başa çatacağı VAXTI açıqladı

Tramp İranla müharibənin başa çatacağı VAXTI açıqladı

Bakıda qadın işlədiyi mağazada döyüldü

Bakıda qadın işlədiyi mağazada döyüldü

Sentyabrın 10-da bu ərazilərdə işıq olmayacaq – SİYAHI

Sentyabrın 10-da bu ərazilərdə işıq olmayacaq – SİYAHI

Skuter və velosiped istifadəçiləri hansı tələblərə əməl etməlidirlər? - VİDEO

Skuter və velosiped istifadəçiləri hansı tələblərə əməl etməlidirlər? - VİDEO

Leyla Əliyeva Madriddə ispanca çıxış etdi – VİDEO

Leyla Əliyeva Madriddə ispanca çıxış etdi – VİDEO

Bu azərbaycanlı futbolçularla bağlı məlumat bazası yaradılır

Bu azərbaycanlı futbolçularla bağlı məlumat bazası yaradılır

Qaz limitləri ilə bağlı ekspertdən mühüm AÇIQLAMA

Qaz limitləri ilə bağlı ekspertdən mühüm AÇIQLAMA

Naxçıvanda musiqi məktəblərində boş qalan yerlərə qəbul elan edildi

Naxçıvanda musiqi məktəblərində boş qalan yerlərə qəbul elan edildi

İrandan ABŞ-yə xəbərdarlıq: “Növbəti hədəf enerji obyektləri olacaq”

İrandan ABŞ-yə xəbərdarlıq: “Növbəti hədəf enerji obyektləri olacaq”

Fars körfəzində partlayış: Hadisənin səbəbi məlum deyil

Fars körfəzində partlayış: Hadisənin səbəbi məlum deyil

Sabahdan iki küçədə yollar təmirə bağlanır – XƏBƏRDARLIQ

Sabahdan iki küçədə yollar təmirə bağlanır – XƏBƏRDARLIQ

Zelenskinin təyyarəsi dron tərəfindən vurulmaq təhlükəsi ilə üzləşib

Zelenskinin təyyarəsi dron tərəfindən vurulmaq təhlükəsi ilə üzləşib

Səfir Almaniya və Rusiyanın Bakıdakı gizli görüşündən DANIŞDI

Səfir Almaniya və Rusiyanın Bakıdakı gizli görüşündən DANIŞDI

16 yaşlı yeniyetmə ticarət mərkəzinin qarşısında bıçaqlandı

16 yaşlı yeniyetmə ticarət mərkəzinin qarşısında bıçaqlandı

Ləman Ələşrəfqızı Space TV-də veriliş aparacaq - VİDEO

Ləman Ələşrəfqızı Space TV-də veriliş aparacaq - VİDEO

Ərdoğan Tom Barrakla görüşdü

Ərdoğan Tom Barrakla görüşdü

Güneldən ona "yekəxana" deyən izləyicisinə CAVAB

Güneldən ona "yekəxana" deyən izləyicisinə CAVAB

"Apple" yeni "iPhone 18 Pro" və "Pro Max"ı təqdim etdi – FOTO/VİDEO

"Apple" yeni "iPhone 18 Pro" və "Pro Max"ı təqdim etdi – FOTO/VİDEO

"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?

"Şəki yaylası"nın sahibini hansı cəza gözləyir?

ABŞ-nin sualtı aparatını ələ keçirən SEPAH: “Məxfi texnologiyalara çıxış əldə etmişik”

ABŞ-nin sualtı aparatını ələ keçirən SEPAH: “Məxfi texnologiyalara çıxış əldə etmişik”

End of content

No more pages to load

RADİO