Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) yüksək rütbəli hərbçiyə qarşı sui-qəsd hazırlamaqda şübhəli bilinən şəxsin saxlanıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, belə ki, Moldova vətəndaşı Nikolay Koçu Həştərxan vilayətində ələ keçirilib.
İstintaqın məlumatına görə, o, Ukrayna xüsusi xidmət orqanları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub və 2026-cı ilin mart ayında Kiyevdə mina-partlayış və atəş hazırlığı keçib.
Koçu Saratov vilayətində yüksək rütbəli hərbi qulluqçunu qətlə yetirmək müqabilində 70 min dollar məbləğində pul mükafatı almağa razılaşıb.
Saxlanılan şəxs törətdiyi əməllə bağlı ətraflı ifadə verib və bunu hadisə yerində nümayiş etdirərək təsdiqləyib.
Bizim.Media