Norveçin 53 yaşlı yeni kralı VIII Hakon sentyabrın 1-i parlament (Storting) qarşısında and içəcək.
Bizim.Media xəbər verir ki, bu barədə parlamentin spikeri Masud Qaraxaninin sözlərinə istinadən "NRK" teleradioşirkəti məlumat yayıb.
"Kral Hakon çərşənbə axşamı Storting qarşısında and içəcək", — deyə nəşrdə bildirilib.
Medianın qeyd etdiyinə görə, gözlənilən andiçmə proseduru dövlət başçısının fəaliyyətinin ölkənin əsas qanunu ilə ciddi şəkildə nizamlandığı Norveçin konstitusiyalı monarxiya statusunu təsdiqləyən mühüm dövlət aktı rolunu oynayır.
Kral V Harald avqustun 28-də səhər saatlarında Oslodakı dövlət xəstəxanasında 89 yaşında vəfat edib. O, avqustun 17-də hemolitik anemiya müalicəsi üçün xəstəxanaya yerləşdirilmişdi.
Avqustun 27-də kral sarayı monarxın səhhətinin kəskin pisləşdiyini və vəziyyətinin kritik qiymətləndirildiyini açıqlamışdı.
V Harald taxta 1991-cü ildə oturmuşdu, onun varisi isə oğlu Hakondur.
Bizim.Media