Xəbər verdiyimiz kimi, Nepalın Tibetlə sərhəddə yerləşən ərazilərində güclü daşqın baş verib.
Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, çayın məcrasından çıxması nəticəsində su axını qarşısına çıxan yolları, tikililəri və digər infrastrukturu dağıdıb.
Mütəxəssislərin ilkin ehtimalına görə, təbii fəlakətə zəlzələ səbəb olub. Hadisənin ilk saatlarında yüzlərlə insanın itkin düşdüyü bildirilib.
Məlumata görə, itkin düşənlər arasında çox sayda xarici turist də var. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.
Daşqın zamanı lentə alınan görüntülərdə isə insanların təhlükədən uzaqlaşmaq əvəzinə baş verənləri mobil telefonları ilə qeydə aldığı görünür. Kadrlar sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub.
Qiyamətə bənzədilən fəlakətin görüntülərini təqdim edirik:
Bizim.Media