Daşkəsən rayonunun ucqar dağ kəndlərinə güclü yağış yağıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə yerli sakinlər bildiriblər ki, dolu təxminən 7-8 dəqiqə ərzində yağmağa davam edib.
Mövcud vəziyyət infrastruktura elə də ciddi ziyan vurmayıb.
Məlumat üçün bildirək ki, Gəncə və ətraf bölgələrdə qeyri-sabit hava şəraiti davam edir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu