Bu gün səhər saatlarında Abşeron rayonu ərazisində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni detallar məlum olub.
Bizim.Media xəbər verir ki, "Chevrolet" markalı avtomobili idarə edən yetkinlik yaşına çatmayan sürücü 34 yaşlı Fəridə adlı qadını vurub.
Məlumata görə, o, 4 yaşlı autizmli övladını bağçaya qoyduqdan sonra evə qayıdırmış.
İki uşaq anası olan Fəridənin digər övladının 13 yaşı var.
Qeyd edək ki, Fəridənin 35 yaşı tamam olmasına üç gün qalıbmış. (oxu.az)
Bizim.Media