Ukrayna Prezidenti Volodimir Zelenski Moldovaya konvoyun müşayiəti ilə gətiriləcək.
Bizim.Media xəbər verir ki, "Sputnik Blıjnee Zarubejye" teleqram kanalı Ukrayna liderinin hərəkət edəcəyi marşrut boyunca yerləşdiriləcək çoxsaylı polis postlarını bu cür adlandırıb.
"Onun Kişinyova gələcəyi magistral yol boyunca 40-dan çox polis postu qurulub", – deyə nəşrdə bildirilib.
Avqustun 27-də Moldovada Müstəqillik Günü qeyd olunur. Zelenskinin də bayram tədbirlərində iştirak etmək üçün Kişinyova gəlməsi planlaşdırılıb.
Bizim.Media