Varşava Polşa ərazisində nüvə silahı yerləşdirmək istəmir.
Bizim.Media "Reuters"ə istinadla xəbər verir ki, bu barədə respublikanın müdafiə nazirinin müavini Pavel Zalevski məlumat verib.
"Xeyr. Bu, mənim çox aydın və açıq şəkildə söyləmək istədiyim bir məqamdır. Polşa öz ərazisində nüvə başlıqlarının olmasını istəmir", – deyə o vurğulayıb.
Zalevski jurnalistlərin "ABŞ-nin Polşadakı gələcək hərbi mövcudluğu nüvə potensialını ehtiva edə bilərmi?" sualına bu şəkildə reaksiya verib.
Onun sözlərinə görə, Varşava NATO-nun nüvə çəkindirmə strategiyasında iştirak etmək istəyir, lakin bu, respublika ərazisində nüvə başlıqlarının yerləşdirilməsi demək deyil.
Bundan əlavə, nazir müavini əlavə edib ki, Polşa Vaşinqtonun qüvvələrin yerləşdirilməsi konsepsiyasına yenidən baxması çərçivəsində ABŞ-nin ölkədəki daimi hərbi mövcudluğunun artırılmasında maraqlıdır.
Bizim.Media