Bərdədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (qadın) saat 16:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
MÖVZU İLƏ BAĞLI:
Bizim.Media xəbər verir ki, bu barədə TƏBİB məlumat verib.
Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir. (report.az)
Bizim.Media