Xarici onlayn xidmətlərə vergi tətbiqi başlayır - Bu GÜNDƏN

Azərbaycanda alıcılara elektron ticarət qaydasında iş və xidmətlər təqdim edən qeyri-rezidentlər təqvim ili ərzində dövriyyələri 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdə 30 gün ərzində elektron qaydada vergi uçotuna alınmalı olacaqlar.

Bizim.Media xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks olunduğu, fevralın 13-də qəbul edilən müvafiq qanun bu gündən qüvvəyə minib.

Qanuna əsasən, vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentlər (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) alıcısı Azərbaycanda olan iş və xidmətlərin təqdim edilməsindən dövriyyəsi təqvim ili ərzində 10 000 ABŞ dollarının manat ekvivalentini keçdikdən sonra 30 gün müddətində elektron qaydada vergi uçotuna alınmalıdırlar.

Burada qeyd olunan dövriyyəsi 10 000 ABŞ dollarının manat ekvivalentindən aşağı olan qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması könüllü olaraq həyata keçiriləcək.
 

Məsləhət, hüquq, maliyyə, mühasibat, dizayn və mühəndis xidmətlərinin elektron poçt və digər interaktiv ünsiyyət vasitələri ilə göstərilməsi, internet vasitəsilə real vaxt rejimində göstərilən tədris və təlim xidmətləri, habelə elm, təhsil, mədəniyyət, idman və əyləncə tədbirləri üçün biletlərin onlayn sifariş edilməsi xidmətləri bu maddənin məqsədləri üçün elektron ticarət qaydasında təqdim edilən xidmətlərə aid edilməyəcək.


Vergi orqanlarında uçotda olmayan şəxslərə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsindən gəlir əldə edən internet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin (Vergi Məcəlləsində nəzərdə tutulan Azərbaycanda qeyri-rezident hüquqi şəxsin və ya qeyri-rezident fiziki şəxsin daimi nümayəndəlikləri istisna olmaqla) elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicisi kimi qeydiyyata alınması, ƏDV bəyannaməsinin təqdim edilməsi və ƏDV-nin ödənilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.

Vergi ödəyicisi yuxarıdakı üç abzasda nəzərdə tutulan qaydada uçota alınan qeyri-rezident şəxslərə münasibətdə ƏDV-ni hər hesabat dövrü üçün hesabat dövründən sonrakı ayın sonuncu günündən gec olmayaraq büdcəyə ödəməyə borclu olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Tokayev: “Yeni parlamentə seçkilər böyük işlərin başlanğıcıdır”

Tokayev: “Yeni parlamentə seçkilər böyük işlərin başlanğıcıdır”

Gəncədə üzərində zorakılıq əlamətləri olan qadın meyiti tapılıb

Gəncədə üzərində zorakılıq əlamətləri olan qadın meyiti tapılıb

Avtobus dərəyə yuvarlandı - Ölənlər və yaralananlar var – VİDEO

Avtobus dərəyə yuvarlandı - Ölənlər və yaralananlar var – VİDEO

Daşkənd İlham Əliyevi qarşılayır – VİDEO

Daşkənd İlham Əliyevi qarşılayır – VİDEO

Maşında ürəkbulanmanın yaranma SƏBƏBİ

Maşında ürəkbulanmanın yaranma SƏBƏBİ

Özbəkistanlı jurnalistdən Azərbaycana: “Bizim ailəmiz Türk dünyasıdır”- VİDEO

Özbəkistanlı jurnalistdən Azərbaycana: “Bizim ailəmiz Türk dünyasıdır”- VİDEO

Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq

Bu qarpızlar mədə və bağırsaq üçün təhlükəlidir - Həkimlərdən xəbərdarlıq

Qazaxdakı dəhşətli qəzada ölənlərin sayı ARTDI – ADLAR

Qazaxdakı dəhşətli qəzada ölənlərin sayı ARTDI – ADLAR

Alimlər xərçənglə mübarizədə adi mayadan istifadə etməyə çalışırlar

Alimlər xərçənglə mübarizədə adi mayadan istifadə etməyə çalışırlar

Türkiyədə dini təşkilatda BÖYÜK ƏMƏLİYYAT - Rəhbəri və həyat yoldaşı həbs olundular

Türkiyədə dini təşkilatda BÖYÜK ƏMƏLİYYAT - Rəhbəri və həyat yoldaşı həbs olundular

Daşkənd küçələri Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilib

Daşkənd küçələri Azərbaycan və Özbəkistan bayraqları ilə bəzədilib

Xəzərdə qaldırıcı qurğu aşdı - Ölən var

Xəzərdə qaldırıcı qurğu aşdı - Ölən var

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə propan göndəriləcək

Rusiyadan Ermənistana Azərbaycandan keçməklə propan göndəriləcək

7 yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

7 yaşlı oğlunu 2000 metr yüksəklikdə tək qoydu

Qazaxda ağır QƏZA -Ölən var

Qazaxda ağır QƏZA -Ölən var

Jurnalistlərimiz İlham Əliyevin səfərini işıqlandırmaq üçün Daşkənddədir - VİDEO

Jurnalistlərimiz İlham Əliyevin səfərini işıqlandırmaq üçün Daşkənddədir - VİDEO

Daşkənd hava limanında İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri görülür – VİDEO

Daşkənd hava limanında İlham Əliyevin qarşılanması üçün hazırlıq işləri görülür – VİDEO

Kamçatkada azərbaycanlı turistin də olduğu 149 nəfər TƏXLİYƏ EDİLİR

Kamçatkada azərbaycanlı turistin də olduğu 149 nəfər TƏXLİYƏ EDİLİR

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib— VİDEO/FOTOLAR

Vaşinqtonda “Tənhalığın Sədaları” adlı möhtəşəm rəsm sərgisi keçirilib— VİDEO/FOTOLAR

Cüdoçularımız dünya çempionatını 2 medalla başa vurdu

Cüdoçularımız dünya çempionatını 2 medalla başa vurdu

Xarici onlayn xidmətlərə vergi tətbiqi başlayır - Bu GÜNDƏN

Xarici onlayn xidmətlərə vergi tətbiqi başlayır - Bu GÜNDƏN

Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın voleybol millisi bu gün İspaniya ilə üz-üzə gələcək

Niyə bu qədər əsəbiyik?

Niyə bu qədər əsəbiyik?

Müxtəlif yaşlarda normal təzyiq neçə olmalıdır?

Müxtəlif yaşlarda normal təzyiq neçə olmalıdır?

End of content

No more pages to load

RADİO