Dünyada ən çox istifadə olunan emoji

2025-ci ildə dünyada ən çox istifadə olunan emoji bəlli olub.

Bizim.Media xəbər verir ki, “Google”un araşdırmasına əsasən, yüksək səslə ağlayan üz ötən il ən populyar emoji olub. O, gülməkdən gözləri yaşaran üz və gülməkdən yerə yuvarlanan üz emojilərini geridə qoyub.

Araşdırma “Android” cihazlarında istifadə olunan “Gboard” klaviaturasında yazılmış 665 milyon anonim emoji nümunəsi əsasında aparılıb.

Dilçilərin fikrincə, yüksək səslə ağlayan üz emojisi artıq çox gülməli, emosional və ya utancverici vəziyyətlərə verilən universal reaksiyaya çevrilib.
 

Gülməkdən gözləri yaşaran üz və gülməkdən yerə yuvarlanan üz emojilərinin populyarlığının azalmasının səbəblərindən biri isə gənclərin onları “çox işlənmiş” hesab etməsidir. Yaşlı nəsil isə əvvəlki seçimlərinə daha sadiq qalaraq bu emojilərdən və baş barmaq işarəsindən daha çox istifadə edir.


Gənclər yüz xal işarəsi əvəzinə alov, baş barmaq əvəzinə isə dua edən əllər emojisindən istifadə etməyə üstünlük verirlər. Bir müddət “gülməkdən öldüm” mənasında işlədilən kəllə emojisi də yeniyetmələr arasında yüksək səslə ağlayan üz emojisindən daha populyar olub. Lakin sonradan onun istifadəsi sürətlə azalıb.

2025-ci ildə istifadəsi ən sürətlə artan emoji isə solmuş çiçək olub. Kədər və ya qəlb qırıqlığını ifadə etmək üçün istifadə edilən bu emojinin işlənmə tezliyi bir il ərzində 190 faiz artıb. Solmuş çiçək 193-cü pillədən 93-cü yerə yüksəlib.

Hazırda 3600-dən çox emoji mövcuddur. Lakin 2025-ci ildə ən çox istifadə olunan 10 emoji bütün istifadələrin 36 faizini təşkil edib.

Bununla yanaşı, bəzi gənclər artıq emojilərdən imtina edərək foto, mem və yalnız qarşı tərəfin başa düşdüyü lokal zarafatlar əsasında hazırlanan stikerlərə üstünlük verirlər. (Axşam.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı

Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı

Şoyqunun qızı dərslik yazdı: Apple və Google SMS-lərinizi oxuyur

Şoyqunun qızı dərslik yazdı: Apple və Google SMS-lərinizi oxuyur

Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım

Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım

Məşhur aktyor "A.B.İ"də -Foto

Məşhur aktyor "A.B.İ"də -Foto

Kiberpolisdən ƏMƏLİYYAT: Saxta kredit səhifələri yaradan şəxs saxlanıldı –VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT: Saxta kredit səhifələri yaradan şəxs saxlanıldı –VİDEO

Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI

Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI

Əhalinin neçə faizi uşaqların sosial şəbəkələrə girişinə qadağanı dəstəkləyir? – SORĞU - FOTO

Əhalinin neçə faizi uşaqların sosial şəbəkələrə girişinə qadağanı dəstəkləyir? – SORĞU - FOTO

İlham Əliyev Özbəkistanla tranzit daşımalarının həcmini AÇIQLADI

İlham Əliyev Özbəkistanla tranzit daşımalarının həcmini AÇIQLADI

Samuxda qarayara xəstəliyinin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Samuxda qarayara xəstəliyinin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezident: “Özbəkistanla media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb”

Prezident: “Özbəkistanla media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb”

İlham Əliyev Şavkat Mirziyoyevə TƏŞƏKKÜR ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevə TƏŞƏKKÜR ETDİ

Prezident Özbəkistanla birgə layihələrdən DANIŞDI

Prezident Özbəkistanla birgə layihələrdən DANIŞDI

Prezident: “Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə əsaslanır”

Prezident: “Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə əsaslanır”

İlham Əliyevdən Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı ilə bağlı AÇIQLAMA

DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO

DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verdi - TAM MƏTN - FOTO

İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verdi - TAM MƏTN - FOTO

Dünyada ən çox istifadə olunan emoji

Dünyada ən çox istifadə olunan emoji

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Məktəb direktoru olmaq istəyənlərin NƏZƏRİNƏ

Ukrayna “Lukoil”in Permdəki zavoduna zərbə endirdi – VİDEO

Ukrayna “Lukoil”in Permdəki zavoduna zərbə endirdi – VİDEO

İsmayıllıdakı toyda zəhərlənənlərin SON DURUMU

İsmayıllıdakı toyda zəhərlənənlərin SON DURUMU

Şəhid Cümşüd Məmmədovun nəşi Laçında TORPAĞA TAPŞIRILDI - FOTO

Şəhid Cümşüd Məmmədovun nəşi Laçında TORPAĞA TAPŞIRILDI - FOTO

12 il əvvəlki “Qarabağ”ın - Sonuncu mogikanı...

12 il əvvəlki “Qarabağ”ın - Sonuncu mogikanı...

Laçına qayıdan sakinlərin sayı açıqlandı

Laçına qayıdan sakinlərin sayı açıqlandı

Qızı İbrahim Borçalı ilə fotolarını paylaşdı

Qızı İbrahim Borçalı ilə fotolarını paylaşdı

End of content

No more pages to load

RADİO