Kiberpolisdən ƏMƏLİYYAT: Saxta kredit səhifələri yaradan şəxs saxlanıldı –VİDEO

Daxili İşlər Nazirliyi Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi tərəfindən rəqəmsal mühitdə, xüsusilə “WhatsApp” ani mesajlaşma sistemi və sosial şəbəkələr vasitəsilə vətəndaşların fərdi məlumatlarının ələ keçirilməsi yolu ilə törədilən kiberdələduzluq hallarının qarşısının alınması istiqamətində əməliyyatlar davam etdirilir.

DİN-in mətbuat xidmətindən Bizim.Media-ya verilən xəbərə görə, kiberpolisin həyata keçirdiyi növbəti əməliyyat-texniki tədbirlərlə qeyd edilən əməlləri törətməkdə şübhəli bilinən Elcan Cəfərov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, o, sosial şəbəkələrdə bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə vizual baxımdan oxşar saxta səhifələr yaradıb.

E. Cəfərov bununla kifayətlənməyərək daha çox şəxsi cəlb etmək məqsədi ilə həmin saxta səhifələrin sosial şəbəkələrdə, “WhatsApp” qruplarında reklamını aparıb. Saxta səhifəyə daxil olan vətəndaşlardan kredit rəsmiləşdirilməsi adı ilə bank kartının nömrəsi, son istifadə tarixi, CVV və OTP təhlükəsizlik kodları əldə edilib. Vətəndaşlar həmin məlumatları təqdim etdikdən sonra isə o, bank kartlarındakı vəsaitləri başqa şəxslərə məxsus hesablara köçürərək nağdlaşdırıb.
 

Faktla bağlı Baş İdarədə cinayət işi başlanılıb. E. Cəfərov cinayət məsuliyyətinə cəlb olunaraq, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


"Bir daha vətəndaşlara tövsiyə edirik ki, sosial şəbəkələrdə qarşılarına çıxan kredit elanları və digər reklam xarakterli məlumatların doğruluğunu yoxlasınlar. Kredit və digər maliyyə xidmətlərindən istifadə etməzdən əvvəl həmin qurumun qanuni əsaslarla fəaliyyət göstərib göstərmədiyini dəqiqləşdirsinlər.

Bank kartlarının məlumatlarını, xüsusilə CVV/CVC və SMS vasitəsilə göndərilən OTP kodlarını heç bir halda tanımadıqları şəxslərə və şübhəli internet səhifələrinə təqdim etməsinlər. Nəzərə almaq lazımdır ki, banklar, dövlət qurumları və digər rəsmi təşkilatlar telefon zəngi, mesaj və ya sosial şəbəkələr vasitəsilə PIN-kod, CVV/CVC və OTP kimi məxfi məlumatları tələb etmirlər. Belə hallarla qarşılaşdıqda və ya kiberdələduzluqla bağlı şübhə yarandıqda isə dərhal polis orqanlarına müraciət etmək tövsiyə olunur", - məlumatda qeyd edilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycanda ikinci ali təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanda ikinci ali təhsil almaq istəyənlərə ŞAD XƏBƏR

Prezident: ““C5” əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib” – FOTO

Prezident: ““C5” əməkdaşlıq formatı faktiki olaraq “C6” formatına çevrilib” – FOTO

İlham Əliyevdən Azərbaycan-Özbəkistan münasibətləri ilə bağlı TARİXİ MESAJLAR – İNFOQRAFİKA

İlham Əliyevdən Azərbaycan-Özbəkistan münasibətləri ilə bağlı TARİXİ MESAJLAR – İNFOQRAFİKA

“TikTok”dan gözlənilməz YENİLİK: Mesajla pul göndərmək mümkün olacaq

“TikTok”dan gözlənilməz YENİLİK: Mesajla pul göndərmək mümkün olacaq

Ukrayna qırıcısı Rusiya dronunu belə məhv etdi – ANBAAN VİDEO

Ukrayna qırıcısı Rusiya dronunu belə məhv etdi – ANBAAN VİDEO

“Uzak Şehir”in yeni seriyası bu tarixdən başlayır – Yeni aktyorlar, yeni obrazlar...

“Uzak Şehir”in yeni seriyası bu tarixdən başlayır – Yeni aktyorlar, yeni obrazlar...

Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi – VİDEO

Bakıda kuryerlər arasında mübahisənin sonu qanla bitdi – VİDEO

Bakıda "Milyonerlər məhəlləsi"ndə avtomobil yandı – VİDEO

Bakıda "Milyonerlər məhəlləsi"ndə avtomobil yandı – VİDEO

Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI

Metroda yeni qatarların sayı niyə azalıb? - SƏBƏB AÇIQLANDI

Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı

Magistr olmaq istəyənlərə yeni fürsət - DİM açıqladı

Şoyqunun qızı dərslik yazdı: Apple və Google SMS-lərinizi oxuyur

Şoyqunun qızı dərslik yazdı: Apple və Google SMS-lərinizi oxuyur

Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım

Azərbaycan dilini öyrənmək üçün Gəncədə bir ailə ilə yaşadım

Məşhur aktyor "A.B.İ"də -Foto

Məşhur aktyor "A.B.İ"də -Foto

Kiberpolisdən ƏMƏLİYYAT: Saxta kredit səhifələri yaradan şəxs saxlanıldı –VİDEO

Kiberpolisdən ƏMƏLİYYAT: Saxta kredit səhifələri yaradan şəxs saxlanıldı –VİDEO

Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI

Ünvanlı sosial yardımların ödəniş tarixi AÇIQLANDI

Əhalinin neçə faizi uşaqların sosial şəbəkələrə girişinə qadağanı dəstəkləyir? – SORĞU - FOTO

Əhalinin neçə faizi uşaqların sosial şəbəkələrə girişinə qadağanı dəstəkləyir? – SORĞU - FOTO

İlham Əliyev Özbəkistanla tranzit daşımalarının həcmini AÇIQLADI

İlham Əliyev Özbəkistanla tranzit daşımalarının həcmini AÇIQLADI

Samuxda qarayara xəstəliyinin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

Samuxda qarayara xəstəliyinin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

İlham Əliyev: “Özbəkistanla media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb”

İlham Əliyev: “Özbəkistanla media sektorunda əməkdaşlıq mühüm nəticələrlə yadda qalıb”

İlham Əliyev Şavkat Mirziyoyevə TƏŞƏKKÜR ETDİ

İlham Əliyev Şavkat Mirziyoyevə TƏŞƏKKÜR ETDİ

Prezident Özbəkistanla birgə layihələrdən DANIŞDI

Prezident Özbəkistanla birgə layihələrdən DANIŞDI

Prezident: “Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə əsaslanır”

Prezident: “Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixə, mədəniyyətə əsaslanır”

İlham Əliyevdən Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı ilə bağlı AÇIQLAMA

İlham Əliyevdən Azərbaycan-Özbəkistan iqtisadi əməkdaşlığı ilə bağlı AÇIQLAMA

DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO

DİN-də çalışmaq istəyənlərin DİQQƏTİNƏ – Vakansiyalar var – FOTO

End of content

No more pages to load

RADİO