Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları müəyyənləşdirilərək şəxsiyyəti müəyyən edilən Məmmədov Cümşüd Həsənxan oğlu Laçın şəhərində dəfn olunub.
Bizim.Media xəbər verir ki, Şəhid Cümşüd Məmmədovun nəşi 34 il sonra doğma Laçın torpağında – Laçın şəhəri Şəhidlər Xiyabanında torpağa tapşırılıb.
Dəfn mərasimində şəhidin ailə üzvləri və yaxınları, dövlət və ictimaiyyət nümayəndələri, Laçın sakinləri iştirak ediblər.
Qeyd edək ki, 1962-ci ildə Laçın rayonunun Katos kəndində anadan olan Cümşüd Məmmədov 18 may 1992-ci ildə Laçın rayonunun Zabux kəndində itkin düşüb. Uzun illər davam edən axtarış və araşdırmalar nəticəsində onun nəşinin qalıqları aşkar edilərək şəxsiyyəti müəyyənləşdirilib və ailəsinə təhvil verilib.
Cümşüd Məmmədovun doğma torpağında dəfn olunması uzun illər sonra şəhidin ailəsinin və Laçın ictimaiyyətinin gözləntisinin reallaşması baxımından xüsusi mənəvi əhəmiyyət daşıyıb.





Bizim.Media