Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinə göndərdiyi teleqramda Koreyanın azad edilməsində Qızıl Ordunun rolunu xüsusi qeyd edib.
Bizim.Media xəbər verir ki, Kim Çen In Qızıl Ordu hərbçilərinin “ümumi düşmənlərə qarşı müqəddəs mübarizədə” cəsarətlə döyüşdüyünü və onların qəhrəmanlıqlarının Koreya xalqının vətəninin azad edilməsi tarixində əbədi həkk olunduğunu bildirib.
Şimali Koreya lideri Koreya-Rusiya münasibətlərinin ardıcıl inkişafını qürur mənbəyi hesab etdiyini də vurğulayıb.
Onun sözlərinə görə, iki ölkənin birgə səyləri ikitərəfli münasibətlərin daha parlaq gələcəyinin təmin edilməsi üçün “etibarlı zəmanət” yaradıb.
Bizim.Media