İndoneziya sahillərində 7,7 maqnitudada zəlzələ qeydə alınıb.
Bizim.Media xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Şərqi Nusa-Tenqara əyalətinin qubernatoru bildirib ki, nəticədə 5 nəfər həyatını itirib. Zəlzələnin episentri təxminən 188 000 insanın yaşadığı Labuan-Bajo şəhərindən 161 km şimal-şərqdə yerləşib.
Zəlzələnin episentri 35 km dərinlikdə yerləşib.
Yeraltı təkanlarla əlaqədar sunami xəbərdarlığı edilib.
Bizim.Media