İtaliyanın paytaxtı Romadan 60 kilometr məsafədə yerləşən Kolleferro kommunasında sursat istehsal edən müəssisədə güclü partlayış baş verib.
Bizim.Media xəbər verir ki, partlayışın səsi yaxınlıqdakı yaşayış məntəqələrində də eşidilib. İlkin məlumata görə, hadisə barıtın presləndiyi sexdə baş verib.
Partlayışdan əvvəl müəssisədə yanğın başlayıb və hadisə yerinə artıq yanğınsöndürənlər və karabinyerlər cəlb olunub.
İtaliyanın Messaggero qəzetinin məlumatına görə, hadisə nəticəsində xəsarət alan olmayıb. Xilasetmə xidmətlərindəki mənbələr bildiriblər ki, partlayışın nəticələri zavodun yalnız bir sahəsi ilə məhdudlaşıb.
Ehtiyat tədbiri olaraq yaxınlıqda yerləşən böyük Valmontone outlet mərkəzinin ziyarətçiləri təxliyə edilib.
Hadisənin səbəbləri araşdırılır.
Bizim.Media