Ukrayna Ali Radası BMT və digər beynəlxalq təşkilatlara ölkəyə sülhməramlılar göndərmək barədə müraciət edib.
Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, Ali Radanın bununla bağlı qərarı BMT-nin "Sülh naminə birləşmə” qətnaməsinə əsaslandırılıb.
“Parlament BMT-yə, BQXK-ya, Avropa Parlamentinə, beynəlxalq təşkilatlara müraciət edilməsi ideyasını dəstəkləyib.
Ali Rada dünya ictimaiyyətindən BMT Baş Assambleyasının 3 noyabr 1950-ci il tarixli “Sülh naminə birləşmə” qətnaməsi əsasında Ukraynaya sülhməramlı qüvvələrin yeridilməsini tələb edir”, - məlumatda deyilir.
Ukrayna Ali Radası BMT Baş katibindən münaqişənin həllində vasitəçilik etməyi xahiş edir", - deyə qərarda bildirilib.
Bizim.Media