Endi Börnhem Böyük Britaniya Leyborist Partiyasının yeni lideri seçilib və o, Baş nazir vəzifəsində Keyr Starmeri əvəz edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə hakim partiyanın konfransında Leyborist Partiyasının Milli İcraiyyə Komitəsinin sədri Şabana Mahmud bildirib.
Leyboristlər parlament çoxluğunu saxladığı və hakimiyyətdə olduğu üçün yeni liderin seçilməsi avtomatik olaraq onların hökumət başçısı təyin olunması deməkdir.
Liderlik dəyişikliyi 20 iyula planlaşdırılıb.

Bizim.Media