Almaniya kansleri Merts danışıqlar masasına oturmağın, atəşkəs razılaşmasının və Ukraynadakı lazımsız qan tökülməsinə son qoymağın vaxtının çatdığını bəyan edib.
Bizim.Media xəbər verir ki, kansler vurğulayıb ki, təhlükəsizlik təminatlarının necə formalaşdırılacağı Moskva tərəfindən deyil, Ukrayna və onun tərəfdaşları tərəfindən müəyyən ediləcək.
Mertsin sözlərinə görə, Ukrayna müharibəyə son qoymağa hazırdır və hər zaman buna hazır olub.
O, Avropa və ABŞ-ın dəstəyi ilə Ukrayna və Rusiya arasında sülh danışıqlarına açıq olduqlarını bildirib və əlavə edib ki, hazırda hər şey prezident Putinin bu fürsətdən yararlanıb-yararlanmayacağından asılıdır.
Bizim.Media