Kosmonavt Kirill Peskov "Rusiya Federasiyasının Qəhrəmanı" və "Rusiya Federasiyasının fəxri kosmonavtı" fəxri adları ilə təltif edilib.
Bizim.Media xəbər verir ki, bu barədə fərmana prezident Vladimir Putin imza atıb.
Xatırladaq ki, Kirill Peskov 1 may 1990-cı ildə Tuvanın Kızıl şəhərində anadan olub.
O, 135-ci sovet və rus kosmonavtıdır və karyerasında ilk dəfə 2025-ci ilin martında Beynəlxalq Kosmik Stansiyaya (BKS) edilən 73-cü ekspedisiyanın beynəlxalq heyətinin tərkibində kosmosa uçuş həyata keçirib.

Bizim.Media