ABŞ-İran dialoqunun pozulmasına və İslamabad memorandumunun şərtlərinə əməl edilməməsinə görə məsuliyyət ABŞ-ın vitse-prezidenti Cey Di Vensin üzərinə düşə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Amerikanın "Politico" nəşri mənbələrinə istinadən məlumat yayıb.
Tehranla aparılan danışıqların əsas iştirakçısı məhz vitse-prezident olub. Nəşr bununla bağlı Ağ Evin keçmiş məmurunun fikirlərindən sitat gətirib:
"Ən çox risk edən də məhz odur. Görünən odur ki, bu qarşılıqlı anlaşma memorandumu iflasa uğrayacaq və buna görə məsuliyyət tamamilə onun üzərindədir".
Bizim.Media