Ukrayna reaktiv “Şahed”ləri məhv edə bilən dörd yeni sistemi hazırlayıb və onların sınaqlarını keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə müdafiə naziri Yevgeni Xmara bildirib.
Onun sözlərinə görə, dörd sistemin hamısı artıq real döyüş şəraitində sınaqdan keçirilib.
Nazir qeyd edib ki, hazırda əsas vəzifə bu sistemləri mümkün qədər tez lazımi səviyyəyə çatdırmaq və istehsalını minlərlə ədədə qədər genişləndirməkdir.
Bizim.Media