Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov Ukraynanı kapitulyasiyaya məcbur etmək məqsədilə taktiki nüvə silahından istifadə etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Juravlyov belə bir fikri Rusiyada taktiki nüvə silahından istifadə imkanları ilə bağlı müzakirələri şərh edərkən səsləndirib.
Onun sözlərinə görə, belə bir müzakirənin ümumiyyətlə aparılmaması və zərurət yaranacağı təqdirdə nüvə silahından istifadə edilməli olması barədə mövqe tutub.
Qeyd edək ki, bu açıqlama Rusiyada Ukraynaya qarşı taktiki nüvə silahından istifadə ilə bağlı son dövrlərdə səsləndirilən çağırışlardan biridir. Bununla yanaşı, Kremlin sözçüsü Dmitri Peskov daha əvvəl Rusiyanın nüvə silahından yalnız dövlətin mövcudluğuna təhlükə yaranacağı halda istifadə edə biləcəyini bildirmişdi.
Bizim.Media